27.07.2024

Müharibə veteranlarının müavinətləri nə vaxt artırılacaq?

Müharibə veteranlarına verilən müavinətlərin artırılması növbəti islahat paketlərində nəzərə alınacaq.

Veteran.az Yenipress.az-a istinadən xəbər verir ki, bu sözləri əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov deyib.

O bildirib ki, hazırkı sosial paket daha çox şəhid ailələri və müharibə əlilliyi olan şəxsləri əhatə edir.

A.Kərimov həmçinin qeyd edib ki, yeni sosial paket yanvarın 1-dən tətbiq olunsa da, hesablanaraq fevralda ödəniləcək. 

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: