07.10.2026

Maştağada şəhidlərin xatirəsi anılıb

6 oktyabr 2026-cı ildə Maştağa şəhidlərindən Səfərov İntiqam Əlihüseyn oğlu və Məmmədov Əliağa Eldəniz oğlunun Anım Günü münasibətilə məzarları ziyarət edilib. Şəhidlərin məzarları üzərinə gül dəstələri qoyulub, Kərbəlayi Ağahüseyn Qurani-Kərimdən ayələr oxuyub.

Ziyarətdə Maştağa qəsəbəsi üzrə icra nümayəndəsi Elvin müəllim, onun müavini Ramin müəllim, Maştağa bələdiyyəsi sədrinin müavini Ağazakir müəllim, AVMVİB-in Maştağa qəsəbəsi üzrə özək sədri Mustafa müəllim, şəhid ailələri və yaxınları, qəsəbə sakinləri, qazilər və müharibə veteranları iştirak ediblər.

Mərasimdə çıxış edən Elvin müəllim Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin adından şəhid ailələrinə başsağlığı çatdırıb, Vətən müharibəsində qazanılan Qələbədən danışıb.

AVMVİB-in Mətbuat xidməti

Whats-App-Image-2026-10-06-at-21-37-21

Whats-App-Image-2026-10-06-at-21-37-21-(1)

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: