07.10.2026

Yazıçı-publisist Jalə Cəfərova AVMVİB-in Naxçıvan MR təşkilatında olub

6 oktyabr 2026-cı ildə yazıçı-publisist Jalə Cəfərova Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Naxçıvan Muxtar Respublikası təşkilatını ziyarət edib.

Jalə Cəfərova şəhid ailələrinə, müharibə əlillərinə və müharibə veteranlarına göstərdiyi diqqət və qayğıya görə təşkilatın Fəxri fərmanı ilə təltif olunub.

Qəhrəman şəhidlərimizin xatirəsinə həsr olunmuş ona yaxın kitabın müəllifi olan yazıçı-publisistin ziyarəti zamanı birliyə yeni üzvlərin qəbulu ilə bağlı təqdimat da keçirilib.

AVMVİB-in Mətbuat xidməti

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: