09.10.2026

İsmayıllıda şəhid Fuad Nəcəfovun xatirəsi anılıb

8 oktyabr 2026-cı il tarixində Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) İsmayıllı rayon şöbəsinin bir qrup üzvü şəhid Fuad Taleh oğlu Nəcəfovun anım mərasimində iştirak edib.

Fuad Nəcəfov Qırmızı Bayraq ordeninə layiq görülmüş veteran Taleh Nəcəfovun oğludur. O, “dəniz pişikləri” kimi tanınan xüsusi təyinatlı dəstənin tərkibində döyüşüb.

Mərasimdə şəhid ailələri, rayon icra aparatının nümayəndəsi, Qalınçaq kənd məktəbinin direktoru və şagirdləri, 5 nömrəli məktəbin hərbi müəllimi və bir qrup şagirdi, eləcə də kənd fəalları iştirak ediblər. Şəhidlə bağlı xatirələr bölüşülüb, ruhuna dualar oxunub.

AVMVİB-in Mətbuat xidməti

Whats-App-Image-2026-10-08-at-15-23-26

Whats-App-Image-2026-10-08-at-15-23-26-(1)

Whats-App-Image-2026-10-08-at-15-23-26-(2)

Whats-App-Image-2026-10-08-at-15-23-26-(3)

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: