21.11.2024

TƏBRİK: 2- Cİ QURUP MÜHARİBƏ ƏLİLİ YASİN FƏRZƏLİYEV — 65

Peşəkarlığı, hümanistliyi,  səmimiyyəti, sadəliyi,  vətənpərvərliyi, işgüzarlığı və mənəvi keyfiyyətilə secilən ömrünün ən məhsuldar dövrünün   20- ildən çox şərəfli xidməti yolunu hərbi xidmətdə kecirən istefada olan Baş leytenant  Fərzəliyev Yasin  Bəylər oğlunun  sentyabr ayının  17 — də 65 yaşı tamam olur.

Daimi həyatın bütün imtahanlarından alnıacıq və üzüağ cıxan  2-ci qurup müharibə əlili  istefada olan  baş leytenat  Fərzəliyev Yasin Bəylər oğlunu  doğum günü münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi (AVMVİB), onun iş yoldaşları səmimi qəlbdən təbrik edir, ona həyatda insan ucun ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib — tükənməyən naliyyətlər arzulayır.

Yasın Fərzəliyevin yaşının üstə gələn bu yaş, ona sevinc dolu illər bəxş etsin , hər yeni günü isə ötən günlərdən daha da xoşbəxt keçsin.

Fərzəliyev Yaşın Bəylər oğlu  1957 -ci ilin  sentyabr ayının  17 -də Ağdam rayonunda anadan olub.

1974 -cü ildə  Ağdam rayonunda  1 nömrəli tam orta məktəbi,  1983 -cü ildə isə  SSRİ Daxili İşlər Nazirliyi  Daxili Qoşunların  Tiflis şəhərində yerləşən gizirlər hazırlayan  məktəbi bitirib. O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində,  Daxili Qoşunların Baş İdarəsində  və hərbi hissələrində kecirlən bir cox metodiki -təlim toplanışlarda, müvafiq kurslarda, xüsusi taktiki təlimlərdə, seminar və konfranslarda fəal iştirak edib.

1977- 1979 cu illərdə  Sovet Ordusunuda müddətli həqiqi hərbi xidmətə olub. 1980- 1991ci illərdə  SSRİ Daxili İşlər Nazirliyi Daxili Qoşunların  Bakı şəhərində yerləşən Konvoy Alayında  və Əməliyyat Birqadasında  nəzarətci, baş nəzarətci, bölüyün baş cavuşu vəzifələrində işləyib. 1992- 1996 -ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Bas İdarəsinin Ağdam, Ağdərə  və Nərimanov rayonlarında yerləşən hərbi hissələrində  taborun baş cavuşu,  Alayın  Qərargah rəisinin nizamı hissə üzrə baş köməkçisinin  müavini  Vəzifələrində Vətənə Dövlətə və Xalqa   sədaqətlə xidmət edib.

Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən (Ağdam,  Ağdərə  və Goranboy rayonları istiqamətində) gedən  döyüşlərdə iştirak  edərək ona həvalə edilmiş vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmiş, 1992 -ci ildə isə Ağdam istiqamətində gedən döyüşlərdə   yaralanmışdır.

Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsində, Hərbi Andın,  Hərbi və Daxili Qoşunların Döyüş Xidməti Nizamnamələrin tələblərinin yerinə yetirilməsində üzərinə düsən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.

Azərbaycan Respublikasında ictimai qaydanın qorunmasında  , ictimai təhlükəsizliyin təmin edilməsində, cinayətkarlığa qarşı mübarizədə, baş vermiş kütləvi ixtişaşların qarşısının alınmasında, baş vermiş təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, Fövqalədə vəziyət zamanı hüquqi rejim tədbirlərinin həyata keçirilməsində eləcədə   Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.

Hərbi Xidməti Vəzifələrinin icrasına məsuliyyətlə yaşadığına görə SSRI və Azərbaycan Respublikasının  Daxili işlər Nazirlərinin,  Daxili Qoşunlar Komandanlarının və onun müavinlərinin , hərbi  hissə komandirlərinin müvafiq əmrləri ilə » əla xidmətlərə görə» döş və yubiley nişanları ilə, müvafiq medalarla təltif edilib,  fəxri  fərmanlarla,  qiymətli hədiyyələrlə mükafatlandırıb və ona təşəkkür elan edilib

 DOĞUM GÜNÜN MÜBARƏK OLSUN YASIN!

100 YAŞA, SAĞLAM YAŞA!

 Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini polkovnik Salman Musayev

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: