21.11.2024

TƏBRİK: MƏSTƏLİYEV NƏSİMİ AYDIN OĞLU — 49

  Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Rəhbərliyi ehtiyatda olan olan mayor Məstəliyev Nəsimi Aydın oğlunu doğum günü munasibətilə səmimi qəlbdən təbrik edir, həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarinda bitib- tükənməyən naliyyətlər  arzulayır.

   Nəsiminin yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin, hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin.

    Ehtiyyatda olan mayor Məstəliyev Nəsimi Aydın oğlu 10 sentyabr 1973 — cü ildə Cəlilabad rayonunun Üçtəpə kəndində anadan olub.

    O, 1980 -ci ildə Cəlilabad rayonunun Üçtəpə kəndində birinci sinifə getmiş 1991-ci ildə  həmin məktəbi, 1999-cu ildə Daxili İşlər Nazirliinin Daxili Qoşunlarının Baş İdarəsinin Xəzər rayonunda yerləşən Zabitlər hazırlayan  məktəbi, 2004-cü ildə Dəmiir yol texnikomunu, 2005-2007 -ci illərdə isə o, Türkiyə Cümhuriyyətin Jandarma Qüvvəlıərinin Xüsusi təyinatlı dəstələr və su altı dalğıcı komando kurslarını  bitirmişdr.

      Müharibə veteranı mayor Məstəliyev Nəsimi Aydın oğlu 1992-ci iin fevral ayından  2015- ci ilin dekabr aynın sonuna kimi Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinin Sumqayıt və Gəncə şəhərlərində, Ağdam, Ağdərə, Füzuli, Xətai, Zaqatala rayonlarında yerləşən hərbi hissələrdə əsgər, manqa komandiri, taqım komandirinin müavini,taqım  və xüsusi təyinatlı böluk və dəstə komandiri, Daxili Qoşunların Bas İdarəsinin Qərargahında  Xüsusi təyinatlı Dəstələrin hazırlığına nəzarət bölməsində  kəşfiyyat rəisi, Daxili Qoşunların Bas İdarəsinin Əməliyyat şöbəsində baş zabit vəzifələrində xidmət etmişdir.

   Mayor Məstəliyev Nəsimi Aydın oğlu Peşəkarlığı və humanistliyi ilə, nəzəri və praktiki biliyi ilə təcürbəsi ilə, mənəvi və işgüzar keyfiyyəti ilə, sadəliyi və səmimiyyəti ilə, dəqiqliyi və təmkinliyi ilə seçilən ən məhsuldar dövrünün 23  illik şərəfli xidmət yolunu Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında hərbi xidmətdə keçirərək vətənə, dövlətə və xalqa sədaqətlə xidmət etmişdir.

    O, Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına,hərbi andın, hərbi nizamnamələrin tələblərinə və vəzifə borcuna əməl etməkdə tabeliyindəkilər üçün nümunə olmuşdur.

    Daxili Qosunlarin Baş İdarəsinin İnspeksiyası tərəfindən keçirilən (ümumi və təlim) yoxlamalar zamanı onun, komandir olduğu (taqım, xüsusi təyinatlı  böluk və  dəstə) Daxili  Qoşunların Baş  İdarəsinin hərbi hissə və əlahiddə bömələri arasında yüksək nəticələr göstərərək birinci yeri tutduğu üçün Daxili Qoşunlar Komandanın və xidmət etdiyi hərbi hissə komandirinin müvafıq əmrləri ilə özü və komandir olduğu bölmələr, həvəsləndirmə qaydasında mükafatlandırlıb və keçici  kuboka sahib olub.

    Məstəliyev Nəsimi Aydın oğlu Azərbaycan Respublikasının Ərazi bütövlüyü (Ağdam, Ağdərə, Füzuli, Cəbrayıl rayonları istiqamətində) gedən döyüşlərdə, Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, kütləvi ixtişaşların qarşısının alınmasında,  mütəşəkkil cinayətkarların və silahlı dəstələrin zərərsizləşdirilməsində onun komandir olduğu taqıma və xüsusi təyinatlı bölmələrə həvalə edilmiş vəzifələri və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.

    Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, mütəşəkkil cinayətkarlığa, terrorçuluğa və digər təhlükəli cinayətlərə qarşı mübarizədə, qanunsuz silahlı dəstələrin zərərsizləşdirilməsində, dövlətin ərazi bütövlüyünün təmin olunmasında iştirak etdiyinə,döyuş və xüsusi əməliyyatlar zamanı igidlik göstərdiyinə, xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə Məstəliyev Nəsimi Aydın oğlu Azərbaycan Respublikasının Prezıdentının 2002 -ci və 2015-ci  il tarixli Sərəncamı ilə «Vətən Üğrunda» və  «Hərbi Xidmətlərə görə » medalrla təltif edilmişdir.

   Ehtiyyatda olan mayor Məstəliyev Nəsimi Aydın oğlu Daxili Qoşunların Baş idarəsində və hərbi hissələrdə  müxtəlif vəzifələrdə xidmət etdiyi illər ərzində,xidməti vəzifələrinin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına görə Daxili İşlər Nazirin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, təhsil aldığı hərbi    məktəb rəisinin, hərbi hissə komandirinin və onların müavinlərinin müvafiq əmrləri ilə  Əla xidmətlərə görə döş və yubiley nişanları ilə, pul mükafatları ilə, fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

    O,xidmətdə fəriqləndiyinə görə Azərbaycan Respublikasının Prezıdentı adından Daxili İşlər Nazirnin müvafiq əmrləri ilə Silahlı Qüvvələrin yaranmasının  10- illik , 90-ıllık və 95 illk  ilik yubley, Qüsursuz xidmətə görə isə  1-ci, 2-ci və 3 cü dərəcəli medallarla təltif edilib.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, NƏSİMİ BƏY!

DAİMA XOŞBƏXT VƏ FİRAVAN YAŞA.

ALLAH SƏNİ BÜTÜN ARZULARINA ÇATDIRSIN.

ÖMRÜN UZUN OLSUN, 100 YAŞA.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin müavini polkovnik Salman Musayev

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: