27.07.2024

Lerik rayonunda şəhidlərimizə həsr olunmuş abidənin açılışı olub

Azər Təhməzov adına Lerik rayon Pirasora kənd tam orta məktəbinin qarşısında şəhidlərimiz Azər Təhməzov, Bəxtiyar Bayramov, Ruslan Ağayevin xatirəsinə həsr olunmuş abidə tamamlanıb və açılışı olub.

Bu barədə abidənin təşəbbüskarı Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi, Nizami rayon şöbəsinin sədri Rəcəb Baxşiyev məlumat verib.

Rəcəb Baxşıyevin verdiyi məlumata görə, müharibə veteranları və kənd sakinləri 1 sentyabr 2022-ci il tarixində Ruslan Ağayevin Anım gününə həsr olunmuş mərasimdə iştirak edərək abidəni ziyarət ediblər. Ziyarətdə şəhid ailələri, qazilərimiz, rayon rəhbərləri və kənd fəalları iştirak etmişlər.

Mərasimdə çıxış edən Rəcəb Baxşiyev çıxış edərək bildirib ki, şəhidlərimizin unudulmaması üçün nə etsək azdır. Bunu müharibə iştirakçıları daha yaxşı bilirlər. Onlar Vətənimiz uğrunda öz canlarından keçmişlər. Sağ olsun, kənd sakinləri, xüsusən də Asəf müəllim, Pirasora kənd «Zirvə» İctimai Birliyinin təşəbbüsünə qoşulduq. Böyüməkdə olan nəslin təlim-tərbiyə aldığı bu məktəb şəhidimizin adını daşıyır.

Şəhidlərimiz heç nə düşünmədən öncə Vətən deyən möhtəşəm insanlardır. Belə bir təşəbbüsə qoşulduğum üçün xoşbəxtəm və əməyi olan hər kəsə təşəkkür edirəm. Şəhidlər baş tacımızdır. Bu gün şəhidlərimizin adlarına layiq bir abidənin önündəyik. Hər bir şəhidimizi rəhmətlə anırıq.

Mərasim iştirakçıları abidəyə gül qoymuş və şəhidlərin ruhuna dualar oxumuşlar.

Allah şəhidlərimizə rəhmət eləsin!

Nurlan Məmmədli

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: