29.03.2024

Ağdaş veteranları təltif edildilər

AVMVİB Ağdaş rayon şöbəsinin sədri İlham Beydullayev, şöbənin fəal üzvləri, II qrup müharibə əlili Rövşən Mehdi oğlu Bağırovu və müharibə veteranı Araz Məhərrəm oğlu Mustafayevi «AVMVİB-25 il» Yubiley medalıyla təltif edib.


Müharibə veteranlarını təltif münasibətiylə təbrik edən AVMVİB Ağdaş rayon şöbəsinin sədri İlham Beydullayev, keçmiş döyüşçülərə Qarabağın azadlığını arzuladı.


Mərasimdə rayon şöbəsinin üzvləri iştirak edirdilər.


Təbrik edirik!


Habil Cəfərov

Ağdaş rayonu

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: