Yardımlı Rayon Polis Şöbəsində polis veteranları ilə görüş keçirilib
10 avqust 2026-cı il tarixində Yardımlı Rayon Polis Şöbəsinin rəisi, müavinləri və təqaüddə olan polis veteranlarının iştirakı ilə görüş keçirilib.
Səmimi şəraitdə baş tutan görüş zamanı polis veteranlarını maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda Yardımlı Rayon Polis Şöbəsinin Veteranlar Şurasının sədri və müavinləri yenidən seçiliblər.
Görüşdə polis veteranlarına göstərilən diqqət və qayğı xüsusi qeyd olunub. Yardımlı rayonunun polis veteranları və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Yardımlı rayon şöbəsi adından görüşün təşkilinə görə Rayon Polis Şöbəsinin rəisi, müavinləri və şəxsi heyətinə təşəkkür ifadə olunub.
Xüsusilə Yardımlı Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Rauf müəllimin veteranlara daim diqqət və qayğı göstərdiyi vurğulanıb və buna görə ona Yardımlı rayonunun polis veteranları adından minnətdarlıq bildirilib.
AVMVİB-in Mətbuat xidməti