Daha bir veteranımız Haqqa yürüdü…
AVMVİB üzvü, müharibə veteranı Saleh Əliyev daha bir müharibə veteranımızın dünyadan köçməsi barədə acı xəbər çatdırdı. Qarabağ uğrunda gedən müharibənin iştirakçısı, N saylı Xüsusi Təyinatlı hərbi hissənin qərargah rəisinin müavini Aleksey Alekseyeviç Saprıkin vəfat edib.
Aleksey Saprıkin 5 il Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmişdi. 8 oktyabr dünyasını dəyişən Aleksey, Ordumuzun ikinci dəfə bərpa olunduğu gün uğrunda döyüşdüyü torpağa verildi.
AVMVİB Rəhbərliyi Aleksey Saprıkinin yaxınlarına dərin hüznlə baş sağlığı verir və Allahdan rəhmət diləyir.
Məkanı cənnət olsun!
Vətən sağ olsun!
AVMVİB Mətbuat Xidməti