26.04.2024

Ərdoğandan qondarma «erməni soyqırımı» iddiaları ilə bağlı mühüm — QƏRAR

Türkiyə qondarma erməni soyqırımı iddiaları ilə mübarizə üçün Cumhuriyyət tarixində bir ilk imza atır. 

EDNews.net-in məlumatına görə, prezident Rəcəb Tayyib Ərdoğan əsassız erməni iddiaları ilə mübarizə üçün starategiya yaradılması barədə təlimat verib.

Bu qurum Türkiyənin 1915-ci il hadisələri ilə bağlı beynəlxalq arenada özünü daha yaxşı anlatmasına imkan yaradacaq. Bununla bağlı açıqlama ötən gün keçirilən brifinqdə verilib. Brifinqdə qeyd edilib ki, Türkiyədə erməni iddiaları ilə birbaşa maraqlanan, bu məsələ ilə bağlı arqument və strategiya hazırlayan bir qurum yoxdur. 

Yeni yaradılacaq qurum hökumətdən asılı olmayacaq, məsələyə ancaq siyasi müstəvidən deyil, eyni zamanda mədəni, tarixi, təbliğat, hüquq kimi bütün aspektlərdən yanaşacaq. İdarənin müstəqil ictimai bir cəmiyyət olması barədə qərar verilib.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: