19.03.2024

Ermənistan təyyarələrinin Avropa İttifaqı üzərindən uçuşu qadağan edildi

Avropa Komissiyası Ermənistan aviaşirkətlərinə məxsus təyyarələrin Avropa İttifaqına üzv olan ölkələrin ərazisi üzərindən bütün uçuşlarını qadağan edib.

PARLA xəbər verir ki, bunu Avropa İttifaqının Avropa üzrə nəqliyyat komissarı Adina Valean bildirib.

Avropa Komissiyasının “qara siyahısı”na Ermənistanın “Aircompany Armenia”, “Armenia Airways”, “Armenian Helicopters”, “Atlantis Armenian Airlines”, “Atlantis European Airways”, “Mars Avia” və “Skyball” şirkətləri daxil edilib.

Qadağa şirkətlərin beynəlxalq təhlüksizlik üzrə standartlara uyğun fəaliyyət göstərmədikləri üçün tətbiq olunub.

Hazırda bu siyahıda dünyanın müxtəlif ölkələrinin yüzə yaxın aviaşirkətinin adı var. Bildirilib ki, Avropa İttifaqının ilk belə “qara siyahısı” 2006-cı ildə tərtib olunub. Həmin dövrdə siyahıya əsasən Afrika ölkələrinin 90-dan çox aviaşirkətinin adı salınıb. Bunlar Konqo Demokratik Respublikası, Ekvatorial Qvineya, Liberiya, Sudan və başqa ölkələrə məxsus şirkətlərdir. Siyahı ildə iki dəfə Avropa İttiifaqındakı hava limanlarında aviaşirkətlərin təyyarələrinə baxış zamanı aşkarlanan nasazlıqlar və çatışmazlıqlara əsasən yenilənir. /PARLA/

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: