19.04.2024

Yaxşı terrorçu ölü terrorçudur…

Qafqaz İslam ordusunun Bakı üzərinə şanlı yürüşünə mane olmaq istəyərkən, məhv edilən 2240 erməni əsgərlərindən biri olan Murad Sebastatsi Sivasda doğulub, adam öldürüb İstanbula qaçıb, daşnaklara qoşulub.

1904-cü il Sasun qiyamında iştirak edib. Qiyam yatırılanda Vana, oradan isə Zəngəzura qaçıb. 1905-1907-ci illərdə erməni-mesəlman davasında Qafan ermənilərinin tərəfində vuruşub. 1908-ci ildə yenidən Türkiyəyə qayıdıb. Dağlarda dövlətə qarşı qiyamçılıq və quldurluq edib, 1915-ci ildə yunan qiyamçılarına qoşulub.

Daha sonra Batuma, oradan isə Tiflisə gəlir və I Dünya müharibəsində Rusiya qoşunundakı erməni könüllü dəstəsində Türkiyə ilə savaşda iştirak edir. 1916-ci ildə rusların Ərzincanı ələ keçirdiyi döyüşlərin iştirak edir və işğal olunmuş şəhərin idarəçilərindən biri olur. Rusların müharibədən çıxdığını görüb, böyük bir erməni dəstəsi ilə Azərbaycan torpaqlarına soxulur.

4 avqust 1918-ci ildə Gəncədən gələn Lələm onu cəhənnəmə vasil edir.

Eldar Tağıyev
Ukrayna

На изображении может находиться: 1 человек, стоит и обувь
Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: