Şəhid Qadir Məhərrəmovun xatirəsi anılıb
23 avqust 2026-cı il tarixində şəhid Məhərrəmov Qadir Bayram oğlunun şəhadətinin 31-ci ildönümü münasibətilə anım tədbiri keçirilib.
Tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Naxçıvan Muxtar Respublikası təşkilatının rəhbərliyi və üzvləri iştirak ediblər.
Anım mərasimində AVMVİB-in Naxçıvan MR təşkilatının sədri Rövşən İsmayılxanlı çıxış edərək şəhid Qadir Məhərrəmovun keçdiyi döyüş yolundan, Vətən qarşısında xidmətlərindən və göstərdiyi qəhrəmanlıqdan danışıb. Bildirilib ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi xalqımızın qəlbində daim yaşayacaq, onların göstərdikləri qəhrəmanlıq gələcək nəsillər üçün əsl vətənpərvərlik nümunəsi olaraq qalacaq.
Tədbir iştirakçıları şəhid Qadir Məhərrəmovun əziz xatirəsini dərin ehtiramla yad edib, ruhuna dualar oxuyublar.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
AVMVİB-in Mətbuat xidməti