Təşviqat bitdi — «sükut günü» başlandı

Milli Məclisə seçkilər üzrə seçkiqabağı təşviqatın aparılması başa çatıb.


Veteran.az xəbər verir ki, Seçki Məcəlləsinə əsasən, qeydə alınmış namizədlər, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, səlahiyyətli nümayəndələr, vəkil edilmiş şəxslər tərəfindən aparılan seçkiqabağı təşviqat kampaniyası səsvermənin başlanmasına 24 saat qalmış dayandırılmalıdır.


Seçkiqabağı təşviqatın aparılması 17 yanvar saat 00:00-dan 8 fevral saat 08:00-dək davam edib. Bu dəqiqədən etibarən təşviqat aparmaq qadağandır.


Bu günü qeyri-rəsmi olaraq «sükut günü» də adlandırırlar.

Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 3
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
    3
    Shares