19.04.2024

AVMVİB öz üzvlərindən daha bir qrupunu təltif etdi

AVMVİB sədri Füzuli Rzaquliyev, AVMVİB sədrinin təşkilati işlər üzrə müavini Vahid Abdurəhmanov və AVMVİB sədrinin səlahiyyətli nümayəndəsi Elmar Hüseynovun iştirakıyla bir qrup ağır döyüş yolu keçmiş, xüsusi təyinatlı müharibə veteranı AVMVİB-nin təsis etdiyi xatirə medallarıyla təltif edildilər.

Müharibə veteranları Rövşən Məmmədqulu oğlu Abbasov, Anar Yusif oğlu Mərdanov və Etibar Cabbar oğlu Cabbarov «Milli Ordu-100», «Müharibə veteranı» xatirə medalları ilə təltif edildilər.

Təltif olunanları AVMVİB sədri F. Rzaquliyev təbrik edərək bildirdi ki, veteranlarımız daha yüksək adlara və qayğılara layiqdirlər. Biz torpaqlarımızın azad edilməsi yolunda ayaqda olmağa məcburuq. Bəziləri olanları cəmiyyətdə unutdurmağa çalışırlar. Amma sonuncu müharibə veteranı qalanadək biz bu mübarizənin önündə olmalıyıq.

Təltif olunan döyüşçülər gec də olsa bu cür anıldıqları üçün AVMVİB Rəhbərliyinə və təşkilattın sədri F. Rzaquliyevə öz təşəkkürlərini bildirdilər.

Müəllif: Azər Bayramov

Xəbərə aid digər fotolar

AVMVİB ÖZ ÜZVLƏRİNDƏN BİR QRUPUNU TƏLTİF ETDİ
AVMVİB ÖZ ÜZVLƏRİNDƏN BİR QRUPUNU TƏLTİF ETDİ
AVMVİB ÖZ ÜZVLƏRİNDƏN BİR QRUPUNU TƏLTİF ETDİ
Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: