08.09.2024

Təbrik: Zaur Qəribov — 49

Bu gün silahdaşlarımızdan Qəribov Zaur Ramiz oğlunun doğum günüdür. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Göyçay royon şöbəsinin sədri  2-ci qrup  müharibə əlili Qəribov Zaur Ramiz oğlunun iyul ayının 19-da  onun 49 yaşı tamam olur.

Zaur Ramiz oğlu Qənbərov 1975 -ci ilin iyul ayının 19-da Azərbaycan Respublikasının Göyçay rayonunun Qaraməryəm kəndində anadan olub.

1992-ci ildə Göyçay rayonun Qaraməryəm kənd orta məktəbi bitrib. 1993-1994-cü ildə Azərbaycan Ordusunun tərkibində Azərbaycanın ərazi bütövlüyü uğrunda (Ağdam, Ağdərə və Tərtər rayonları istiqamətində) gedən döyüşlərdə üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir. Ağdərə rayonunun ərazisi bütövlüyü uğrunda gedən döyüşlərdə iki dəfə yaralanıb. 2021 ci ildən etibarən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Göyçay royon şöbəsinin sədri vəzifəsindədir.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi, iş və döyüş yoldaşları Zaur Qəribovu doğum günü münasibəti ilə təbrik edir, ona uzun ömür, cansağlığı arzulayır.

AVMVİB Mətbuat xidməti

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: