20.07.2025

Təbrik: Etibar Vəliyev — 57

Bu gün daha bir silahdaşımızın — Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Tovuz rayon şöbəsinin sədri Etibar Əliyevin ad günüdür. İyul ayının 19-da onun 57 yaşı tamam olur.

Keşməkeşli həyatın bütün imtahanlarından alnıacıq və üzüağ çıxan Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Tovuz rayon şöbəsinin sədri Etibar Vəliyev hər zaman sadiq dost, gözəl ailə başçısı, fəal ictimaiyyətçi kimi tanınan döyüş yolu keçmiş veteranlarımızdandır. «Ot kökü üstə bitər», deyib atalarımız. Etibar Vəliyevin oğlu Ehtiram Vəliyev də 44 günlük Vətən müharibəsindən qazi kimi qayıdaraq ataların yolunu layiqincə davam etdirən Vətən oğlullarımızdan biridir. Bu ölkə, bu xalq şəhid və veteranlarımızın sayəsində daim var olacaqdır!

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi, iş və döyüş yoldaşları Etibar Vəliyevi doğum günü münasibəti ilə təbrik edir, ona uzun ömür, cansağlığı arzulayır.

AVMVİB Mətbuat xidməti

107938672-1988726227926984-1852851089348518676-n 292605005-386532703464729-8415269205524448721-n 294312206-3279591368944607-7583750765434765631-n

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: