26.01.2026

Təbrik: Ramiz Ağayev — 61

Bu gün silahdaşımız — Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Xankəndi şəhər şöbəsi və Xocalı rayon şöbəsinin sədri Ramiz Ağayevin doğum günüdür. Bu gün onun 61 yaşı tamam olur.

Ramiz Ağayev AVMVİB-in fəal şöbə sədrlərindəndir və daim təşkilatın ümumi işlərində aktiv iştirak etməklə hər zaman seçilmişdir. Ramiz Ağayev həm də təcrübəli ictimaiyyətçi kimi tanınır. O, bu qısa vaxt ərzində hər iki şöbənin fəaliyyətinin bərpasına nail olub. Veteran problemlərinin həllində, 44 günlük «Orduya dəstək» kompaniyasında və cəbhədən geri dönmüş gənclərimizlə bağlı aparılan ictimai işlərdə daim öndə olub.

Ramiz Ağayevin fəaliyyəti AVMVİB İdarə Heyətinin qərar və tövsiyələrinə tam əməl etməsi ilə də seçilir. Belə ki, o, rəhbərlik etdiyi şöbə məcburi köçkün statuslu olsa da, verilmiş tapşırıqları sadəcə 100 deyil, 140%-dən çox icra etməklə, yalnız formal fəaliyyət göstərən bəzi rayon şöbələri üçün real nümunə sərgiləyir. Veteranlarla mütəmadi görüşlər, sosial dəstək aksiyaları, yerli icra strukturları ilə əməkdaşlıq və dövlətin veteran siyasətinə dəstək istiqamətində göstərdiyi xidmətlər Ramiz Ağayevin fəaliyyətinin başlıca istiqamətləridir.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi, dostları, iş və döyüş yoldaşları Ramiz Ağayevi təbrik edir, ona möhkəm cansağlığı, işlərində və fəaliyyətində tükənməz uğurlar arzu edirlər!

AVMVİB-in Mətbuat xidməti

Whats-App-Image-2024-07-18-at-00-45-21
Whats-App-Image-2024-07-18-at-00-49-21
Whats-App-Image-2024-07-18-at-00-49-21-1
Whats-App-Image-2025-07-17-at-23-47-40

Whats-App-Image-2025-07-17-at-23-47-42

Whats-App-Image-2025-07-17-at-23-47-44

Whats-App-Image-2024-07-18-at-00-49-22
Whats-App-Image-2024-07-18-at-00-49-23
Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: