14.08.2026

Şəhid Ağacavad Mütəlimzadənin doğum günü münasibətilə məzarı ziyarət edilib

14 avqust tarixində Vətən uğrunda canından keçən şəhid Ağacavad Mütəlimzadənin doğum günü münasibətilə onun məzarı ziyarət edilib.

Ziyarətdə kənd icra nümayəndəsi Elvin müəllim və müavini, Yeni Azərbaycan Partiyasının Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar müəllim, Sabunçu Rayon İcra Hakimiyyətinin nümayəndəsi Fəqan müəllim, bələdiyyə sədrinin müavini Zakir müəllim, qazilər, müharibə veteranları, şəhid ailələrinin üzvləri və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları şəhid Ağacavad Mütəlimzadənin məzarı üzərinə gül dəstələri düzüb, onun əziz xatirəsini dərin ehtiramla yad ediblər. Şəhidin ruhuna dualar oxunub, Vətən uğrunda göstərdiyi qəhrəmanlıq və keçdiyi şərəfli döyüş yolu xatırlanıb.

Bildirilib ki, Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq və onların qəhrəmanlığı gələcək nəsillər üçün vətənpərvərlik nümunəsi olaraq qalacaq.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

AVMVİB-in Mətbuat xidməti

Whats-App-Image-2026-08-14-at-19-46-02

Whats-App-Image-2026-08-14-at-19-46-02-(1)

Whats-App-Image-2026-08-14-at-19-46-03

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: