29.03.2024

Ziya Bünyadovla bağlı böyük qalmaqal – “Ermənilərin mənafeyinə xidmət edir”

Niderlandlı araşdırmaçı Sara Krombax bu ilin oktyabrında Amsterdam Universitetində  “Ziya Bünyadovla Azərbaycanın uydurulmuş keçmişi” adlı doktorluq dissertasiyası müdafiə edib. 

“Yeni Sabah” xəbər verir ki, dissertasiya Azərbaycanda ciddi etirazla qarşılanıb. Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin «Ədəbi mərasimlər və nəşrlər» şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Aida Qasımova Krombaxın dissretasiyasını Azərbaycanın keçmişinə, mədəniyyətinə qarşı yönəldiyini bildirib. 

“Dissertasiyanın tam mətni bir neçə gün əvvəl internetdə yerləşdirilib. Bu barədə narahatçılığımıza səbəb Krombaxın bədnam dissertasiyasının xalqımızın keçmişinə, mədəniyyətinə qarşı yönəlməsi, “tədqiqat” boyu görkəmli alimimz, erməni mifini dağıtmış Zya Bünyadovun mənfi obrazının yaradılmasıdır”, — deyə professor vurğulayıb. 

Aida Qasımova əlavə edib ki, bu dissertasiya erməni millətçilərinin mənafeyinə xidmət edir: “Mənim fikrimcə, dissertasiyaya lazımi səviyyədə rəsmi münasibət bildirlməlidir.

Dissertasiyanın dilimizə tərcüməsi məhz “Ziya Bünyadov və Azərbaycanın keçmişinin uydurulması”dır. Dissertasiyanın ümumi kontekstindən “invention” sözünün məhz “uydurma” mənasında olması qənaətinə gəlinir. “Azərbaycanın keçmişi” ifadəsinin qeyri-müəyyənlikdə verilməsi də nəzərimizdən yayınmadı. Müəllifin fikrincə, Ziya Bünyadov Qafqazda guya aborigen xalqlar olan erməni və gürcülərin keçmiş tarixi müqabilində bu ərazilərə “gəlmə” xalq olan azərbaycanlılara tarix uydurub onları Alban dövləti ilə bağlanmışdır. 

Əlbəttə, Sara Krombaxın bu barədə cavabı və Azərbaycan ərazisində xalqların türkləşməsi məsələsinin onun nəzərinə çatdırılması tarixçilərin işidir. Mən ümid edirəm ki, Sara Krombaxa bu barədə məhz Amsterdam Universitetində layiqli cavabı veriləcək.

Sara Krombax Ziya Bünyadovun üzərində işlədiyi mənbələrdən xəbərsiz olduğu halda, Avropada erməni millətçilərinin təsiri altda yazılmış ədəbiyyata istinadən Qafqaz Albaniyasını ermənilərlə bağlamağa cəhd edir. Bu, Azərbaycan xalqının öz tarixi ərazilərinə olan haqqının danılması kimi olduqca təhlükəli bir tendensiyanın davamıdır. Bu yönümdən, Sara Krombaxın dissertasiyası erməni millətçilərinin düşüncəsini əks etdirir. Səhv etmirəmsə, hal-hazırda Oksford Universitetində də Alban dövləti ilə bağlı bir dissertasiya yazılmaqdadır. Ümid edək ki, həmin dissertasiya erməni mənafeyinə qulluq etməyəcək”.

Perofessroun sözlərinə görə, Sara Krombax Ziya Bünyadovu həqiqi elmdən uzaq, siyasətə yönəlmiş və bu yolda tarixi saxtalaşdıran bir alim kimi təqdim edib: “Onun fikrincə, məhz bu səbəbdən, Ziya Bünyadov öz dissertasiyasını Leninqradda deyil, Moskvada müdafiə etmişdir.

Dissertasiyada birmənalı olaraq Ziya Bünyadovun üstüörtülü şəkildə gözdən salınması məqsədi güdülür. Dissertasiyada Ziya Bünyadovun Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülməsi məsləsinə belə kölgə salınır; burada Ziya Bünyadovun bu adı almaq üçün öz əsgərlərini qətliama göndərmiş bir komandir kimi təsviri canlanır. Bu, təbii ki, erməni saxtakarlıqlarını ifşa etmiş alimimizi yalnız bir alim kimi deyil, həm də şəxsiyyət kimi gözdən salmaq məqsədi güdür. Məncə alimin ailəsi bu məsələdə diqqətli olub məhkəməyə müraciət edə bilər.

Eləcə də, bütün elmi fəaliyyəti boyunca qədim və orta əsr mənbələri ilə işləmiş alimimizin guya plagiatçı obrazının yaradılması da, Ziya Bünyadovu gözdən salmaq, Qafqaz və Albaniya ilə bağlı gələcək tədqiqatlarda onun əsərlərini boykot etmək məqsədi güdür. Sara Krombax özü də bilir ki, azacıq olsa belə, üzərinə plagiat şübhəsi düşmüş alimlər sağlam elmi dairələrdə rədd edilir. Beləliklə də, belə bir şübhə toxumu səpməklə Sara Krombax Ziya müəllimin dərin tədqiqat nəticəsində meydana çıxmış, erməni yalanlarını ifşa edən əsərlərini gələcək tədqiqatlardan uzaqlaşdırmaq məqsədi güdür.

Dissertasiyada elmi əsərlərə yaraşmayan bir tərzdə dedi-qodu və qiybət elementləri yer alır. Müəllif həyasızcasına dedi-qodu əsasında Ziya Bünyadovun başqalarının zəhmətini mənimsəməsini, hətta Qurani-kərimin tərcüməsində onun xidməti olmamasını üstüörtülü şəkildə ifadə edir və yenə də ermənilərin yuxusunu ərşə çəkmiz alimimizi aşağılamaq məqsədi güdür.

Sara Krombaxın Ziya Bünyadov barədə, öz sözləri ilə desək, “mifləri” dağıtmasının arxasında yalnız bir şəxsin mənfi obrazının yaradılması dayanmayıb. “Miflərin” dağılması onun bir alim kimi gözdən salınmasına və bunun ardınca Ziya Bünyadovun Azərbaycan tarixi ilə bağlı əsərlərinin diskreditə olunmasına yönəlib. Burada belə bir sual meydana çıxır: Ziya Bünyadovun Azərbaycan tarixi ilə bağlı əsərlərinin ingilis dilinə tərcüməsi gündəmdə olubmu? Çünki dissertasiyanın müdafiəsi zamanı Amsterdamdakı erməni səfirliyinin nüməyəndəsi Sara Krombaxa Azərbaycan tarixinin saxtalaşdırılması ilə bağlı kitablar hədiyyə etmişdir. Ziya Bünyadov erməniləri bu qədər narahat edibsə, hətta özünümüdafiə məqsədi ilə Ziya Bünyadova qarşı əsərlər yazılıbsa, onda nə üçün alimin öz əsərləri indiyədək ingilis dilinə tərcümə olunmayıb?

Bir daha qeyd edirəm, ki Sara Krombaxın bütün üstüörtülü ittihamları faktlardan uzaq, mənbələrdən uzaq bir tərzdə təqdim edilir. Dissertant Ziya Bünyadovun araşdırdığı mənbələrlə işləmək bacarığından uzaq bir pianoçudur. O, Azərbaycana yeni gələrkən Xocalı faciəsindən təsirlənib Amsterdamda Xocalı qurbanlarına bir konsert də həsr etmişdir. Görünür, məhz bu konsert erməni diasporasının diqqərini cəlb etmiş və Sara Krombaxın Azərbaycan əleyhinə yönəlməsi sahəsində işlər görülmüşdür. Bu işdə ona dedi-qoduçu, qiybətcil azərbaycanlılar da kömək edib.

Bir məsələ məni çox düşündürür: Sara Krombax Azərbaycana gəlib Şərqşünaslıq İnstitutu ilə əməkdaşlıq edərkən rəsmi sənəd təqdim edibmi? Bu sənəddə onun dissertasiyasının adına diqqət yetirilibmi? Və sonrakı addımlar necə olacaq? Sara Krombax “Bakını sevir” deyib bu vacib məsələnin üstündən sükutlamı keçəcəyik? Mən onun Bakını sevməsinə şübhə etmirəm. Bakı gözəl şəhərdir…”Yenisabah.az

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: