27.07.2024

TƏBRİK: Sabit Kazımov — 62

Bu gün Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Xətai rayon şöbəsinin sədri, Qarabağ müharibəsi veteranı Sabit Kazımovun 62 yaşı tamam olur. Sabit adı oxucularımızın çoxuna tanışdır, xüsusilə onun döyüş dostlarına. Qarabağ uğrunda gedən qanlı-qadalı müharibə illərində şücaətinə, vətənpərvərliyinə görə, müharibə veteranları indi də onu qürurla xatırlayır.

Sabit Kazımov həm də AVMVİB-in ictimai həyatında aktiv iştirak edən fəallarındandır. O, eyni zamanda, həm təşkilatın daxili, həm də ümumrespublika səviyyəli tədbirlərində, o cümlədən müharibə veteranlarının problemlərinin həllində həmişə öndə olan nümunəvi şöbə sədrlərindəndir.

Sabit Kazımovun xidmətləri AVMVİB rəhbərliyi tərəfindən müvafiq Xatirə medalları və Fəxri fərmanlarla mükafatlandırılmışdır. 44 günlük Vətən müharibəsi günlərində də daim ordumuza dəstək olmaq üçün fəaliyyət göstərmişdir.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəhbərliyi, habelə Veteran.az və Veteran TV-nin kollektivi müharibə veteranı, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Xətai rayon şöbəsinin sədri Sabit Süleyman oğlu Kazımovu doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, ailə səadəti və həyat yolunda tükənməz nailiyyətlər arzulayır.

AVMVİB Mətbuat xidməti

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: