şəhid Şəfizadə Məşədisaleh Samir oğlunun Anım günü keçirilib
8 fevral 2026 cı il tarixində şəhid Şəfizadə Məşədisaleh Samir oğlunun anım günü münasibətə ilə Maştağa şəhidlər xiyabanında şəhidin xatirəsi əziz tutularaq məzarı ziyarət olunmuşdur. Ziyratədə şəhidin ailə üzvləri və qohumları, şəhid anaları, Maştağa qazi veteranları, 255 və 209 nömrəli məktəblərin direktorları Mətanət və Səbahət müəllimə, həmçinin Maştağa qəsəbəsinin icra sədri Elvin müəllim və onun müavini Ramin müəllim, Maştağa bələdiyyə sədri Anar müəllim və onun müavini Zakir müəllim də iştirak etmişdirlər. Ziyarət zamanı Elvin və Ramin müəllim şəhidlərimizin göstərdiyi igidlik və qəhrəmanlıq haqqında danışmış, həmçinin şəhidinin ailəsinə icra başçısı Adil müəllimin adından baş sağlığı vermişdir.
.jpg)
.jpg)
