Təbrik: Alşanov Elməddin Orucəli oğlu — 55
Bu gün silahdaşlarımızdan AVMVIB-in Saatlı rayon şöbəsinin sədri Alşanov Elməddin Orucəli oğlunun yubileyidir. Yanvar ayının 20-də onun 55 yaşı tamam olur.
Alşanov Elməddin Orucəli oğlu 1970-ci ilin yanvar ayının 20 də Saatlı rayonun Qıraqlı kəndində zəhmətkeş ailədə anadan olub. 1984-ci ildə Saatlı rayonun Qıraqlı kənd orta məktəbin 8-ci sinifini, 1987-ci ildə isə Saatlı rayonunda texniki peşə məktəbini bitrib. O,1988-1990-ci illərdə Sovet Ordusunda müddətli həqiqi hərbi xidmətdə olub.
Vətənmizin aslan ürəkli övladı könüllü olaraq 1992-1995-ci illərdə Azərbaycan Ordusunun tərkibində, Azərbaycanın ərazi bütövlüyü uğrunda Ağdam, Ağdərə,Cabrayıl və Füzuli rayonları istiqamətində gedən döyüşlərdə üzərinə düşən vəzifə və tapşrıqların öhtəsindən layıqınca gəlmişdirç Elməddin 2001 -cü ildən etibarən, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Saatlı rayon şöbəsinin sədri vəzifəsində işləyir.
Alşanov Elməddin Orucəli oğlu Azərbaycan Ordusunuda könullü xidmət etdiyi və AVMVİB-in Saatlı rayonun şöbə sədri vəzifəsində işlədiyi müddət ərzində, xüsusi fəriqləndiyinə görə, Saatlı Rayon İcra Hakimiyyətinin Başçısının, Azərbaycan Ordusunun korpus və hərbi hissə komandirlərinin əmirləri ilə, AVMVİB-nin isə İdarə heyətinin qərarı ilə müvafiq döş nişanları və xatirə medalları ilə təltif edilib, bir cox fəxrı fərmanlarla və qiymətli hədiyələrlə mükafatldırlıb və ona təşəkkür elan edilib.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyevin əmri ilə Alşanov Elməddin Orucəli oğlu yubileyi münasibəti ilə Fəxri Fərmanla təltif etmişdir. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi Alşanov Elməddin Orucəli oğlu yubiley münasibəti ilə təbrik edir, ona uzun ömür, cansağlığı arzulayır.
AVMVİB-in Mətbuat xidməti