13.11.2025

AVMVİB kollektivi Xaqani Ədəboğlunun məzarını ziyarət etdi

Bu gün Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəhbərliyi mərhum Xaqani Rzaquliyevin (Xaqani Ədəboğlu) mövludu günü münasibətilə onun məzarını ziyarət edib, önünə gül-çiçək dəstələri düzüb, ruhuna dualar oxuyub.

Ziyarətdə AVMVİB-in Bakı və Bakıətrafı rayon şöbələrinin sədrləri və üzvləri, müharibə veteranları, qazilər, həmçinin Xaqani müəllimin ailə üzvləri və yaxınları iştirak ediblər. Çıxış edənlər Xaqani Ədəboğlunun həm döyüş meydanında, həm də informasiya cəbhəsində göstərdiyi xidmətləri xatırladaraq onun Azərbaycanın ilk döyüşçü-jurnalistlərindən biri kimi milli mətbuat tarixində, eləcə də Vətən müharibəsi salnaməsində qoyduğu izləri vurğulayıblar.

Qeyd olunub ki, Xaqani Ədəboğlu tarixçi-türkoloq, müəllim, publisist və AVMVİB-in Mətbuat xidmətinin rəhbəri kimi “Ədəboğlu məktəbi”ni formalaşdırıb, Ulu Öndər Heydər Əliyevin Azərbaycançılıq ideyasını türkçülük və turançılıq xətti ilə vəhdətdə təqdim edərək milli ideologiyanın cəmiyyətdə yayılmasına töhfə verib. Onun çoxsaylı məqalə və araşdırmaları, o cümlədən 44 günlük Vətən müharibəsi dövründə bir neçə dildə yayılan analitik yazıları Azərbaycan həqiqətlərinin beynəlxalq auditoriyaya çatdırılmasında mühüm rol oynayıb.

Ziyarətdən sonra tədbir iştirakçıları Şəhidlərimizin məzarlarını da ziyarət edərək, Vətən uğrunda canından keçən igidlərin xatirəsini ehtiramla anıblar. Şəhidlərin məzarları üzərinə gül dəstələri qoyulub, ruhlarına dualar oxunub.

AVMVİB rəhbərliyi bildirib ki, Xaqani Ədəboğlunun irsi — Vətənə sədaqət, sözə və silaha bərabər ehtiram, cəmiyyətə ideoloji xidmət — təşkilatın gənc nəsillə işində, ictimai maarifləndirmə və informasiya təhlükəsizliyi fəaliyyətində bundan sonra da əsas istinad nöqtəsi olacaq.

Ruhun şad olsun, Xaqani müəllim!

AVMVİB-in Mətbuat xidməti

IMG-20251109-112445

IMG-20251109-113951

IMG-20251109-113954

IMG-20251109-113956

IMG-20251109-114015

IMG-20251109-114116

Whats-App-Image-2025-11-09-at-15-39-42

Whats-App-Image-2025-11-09-at-15-39-40

Whats-App-Image-2025-11-09-at-15-39-40-1

Whats-App-Image-2025-11-09-at-15-39-41

Whats-App-Image-2025-11-09-at-15-39-41-1

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: