27.07.2024

Təbrik: Azad Musayev — 52

İnsan ücün ən yaddaqalan günlərin başlıcası onun dünyaya gəldiyi gündür.Ömrə bəzək olan ad günü hər il xüsusi qeyd edilir.Belə insanlardan biridə, daimi həyatın bütün snaqlarından alını açıq və üzüağ çıxan   Azərbaycan Vətən Muharibəsi Veteranları İctimai Birliyin  Zəngilan rayon şöbəsinin sədiri Azad Musayevdir. Fevral ayının 3-də onun dünyaya göz açdığı gündür.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi (AVMVB) və Fədai.az kollektivi Müharibə Veteranı, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Zəngilan rayon şöbəsinin sədri Musayev Azad Məhəmməd oğlunu doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı, ailə səadəti və həyat yollarında bitib-tükənməyən nailiyyətlər arzu edib deyirıər,

  Azad  qoy yaşının üstə gələn bu yaş da sizə  sevincdolu günlər bəxş etsin, hər yeni illin isə ötən illərdən daha gözəl istəklərinə uyğun  sizi  xoşbəxt edəcək şəkildə keçsin.

Müharibə Veteranı Musayev Azad Məhəmməd oğlu   1972-ci ilin fevral  ayının 3- də Azərbaycanın ən səfalı rayonlarından biri olan Zəngilan rayonunun Seyidlər  kəndində zəhmətkeş ailədə  anadan olub.

     Azad Məhəmməd oğlu Musayev  1979-cu ildə Zəngilan rayonunun Seyidlər kəndində səkkiz illik məktəbin  birinci sinifinə getmiş, 1987-ci ildə həmin məktəbi,1988-ci ildə, Azərbaycan türklərinin qədim yurd yeri olan- Qafan rayon orta məktəbin 9-cu sinifini,1989- cu ildə Zəngilan rayonun Şərikan kənd  orta məktəbin 10-cu sinf ini, 1990-cu ildə isə Bakı şəhərində Texniki Peşə məktəbini bitirib.O, orta və peşə məktəbində oxudu ğu vaxtlarda nizam-intizamlı şagirdlərdən biri olmuşdur.

Musayev Azad Məhəmməd oğlu 1990 -1992-ci illərdə  Sovet ordusunda müddətli həqiqi hərbi xidmətdə olub.1992-1996-cı illərdə Azərbaycan Ordusunun Zəngilan, Füzuli və Goranboy rayonlarında yerləşən hərbi hissələrin birində manqa  komandiri,taqım komandirinin müavinini, bölüyün baş cavuşu vəzifəsində Vətənə Dövlətə və xalqa sədaqətlə xidmət edərək, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal  iştirak etmişdir.

O,Azərbaycan Ordusunda  xidmət etdiyi, Azərbaycan Vətən Müharibəsi Vetreranları İctimai Birliyinin Zəngilan rayon şöbəsinin sədri vəzifəsini yerinə yetirdiyi illər ərzində  özünü qorxmaz, səxavətli, insanpərvər, əliaçıq, zəhmətkeş,qeyrətli, vətənpərvər,sadə,təvazökər və xeyirxah  bir insan kimi  göstərmişdir.O,istər  anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta təhsil müəssisələrində, istərsə də   xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost- tanış, qohum-əqrəba arasında özünə  layiq hörmət qazanmışdır.Azad Musayev  istər müharibəveteranları və şəhid ailələri ilə, istərsədə respubilkamızın umumu tədbirlərində,döyüşcü  və iş yoldaşlarının xeyir və şərində  həmişə  yaxından fəal iştirak edən insanlardan biridir.

Azad Musayev  müstəqil Azərbaycan Ordusunun  hərbi hissələrində  xidmət etdiyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Zəngilan rayon şöbəsinin sədri vəzifəsini yerinə yetirdiyi illər ərzində Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, Hərbi Andın, Hərbi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin nizamnamələrinin,  eləcə də, digər  hüquqi- normativ aktların tələblərinin yerinə yetirilməsi istiqamətində üzəri nə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir. Azad Məhəmməd oğlu Musayev 44 günlük   Vətən Müharibəsi zamanı vətəndaşlıq borcunu layiqincə yerinə yetirərək o, daimi  əsgər və zabitlərmzin yanında olaraq, Azərbaycan Ordusuna  maddi- mənəvi dəstək olmuşdur

O, Azərbaycan Ordusunda hərbi, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyində isə ictimai vəzifələrinin  icrası zamanı xüsusi fərqləndiyinə və nümunəvi xidmətinə görə   Müdafiə Nazirinin, Azərbaycan Ordusunun Baş qərargah rəisinin, korpus və hərbı  hissə komandirlərnin, bir neçə qeyri-hökmət təşkilatları sədrlərinin, yerli və mərkəzi icra hakimiyyəti orqan rəhbərlərinin, idman klub direktorlarının müvafiq əmirləri ilə  xatirə  medallarl, döş və yubiley nişanları ilə təltif edilib, bir cox  fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN AZAD !

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

Whats-App-Image-2024-02-03-at-10-16-17 Whats-App-Image-2024-02-03-at-10-16-17-1

Whats-App-Image-2024-02-03-at-10-16-17-2 Whats-App-Image-2024-02-03-at-10-16-18

Whats-App-Image-2024-02-03-at-10-16-18-1 Whats-App-Image-2024-02-03-at-10-16-19

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: