Qocalma, anam…

Məni arzularından, arzularıma doğru apara-apara, necə qocaldığını his etmədin. Səndən fərqli olaraq mən, səni “arzularına” apara bilmirəm…

Bizlərə həsr etdiyin ömrünə görə, heç vaxt heyfslənməyəcəksən.

Ötüb keçən günləri, geri qaytarmaq mümkün olsa idi, yenidən bizimlə birlikdə həyatına davam edərdin.

Gizlicə çəkdiyin acılara baxmayaraq, sənin həyatının əz xoşbəxt anları bizimlə olduğun vaxlardır. Bu vaxtın davamlı olacağı həsrəti, heç səni qocaltmasın…

Biz sənə baxıb sevinək, sənsə bizə güvənib həmişə qəmdən kədərdən uzaq olasan. Heç vaxt dərdini duyurmayan, mehribanlığından başqa heç nəyini hiss etməyə alışmadığım, anam…

Həyatmı ədalətsizdir, yoxsa mən nələrin baş verdiyini anlamadlığım üçün belə düşünürəm.

Ağrılarına “şərik“ ola bilməyib, çəkdiyin ıztirabları görərkən, aciz olduğumu qəbul etməyim, məni cox sarsıdır. Nəzərində daima böyüyən bir uşaq kimiyik. Sonsuz məhəbbətinin qarşılığında acılarına qarşı “göstərdiyimiz çarəsizliyimizi“ duysanda heç vaxt biruzə vermirsən. Ovladını hər kəsin közündə məğrur tutmaq həmişə ana həyatının mənası olub. Mən gördüyümü sayiram başqa hesab mənə təsəlli verməz. Haqq ədalət deyilən, ülvi arzular və yuxu gətirən nağıllardan başqa bir şey deyil.

Ancaq mənə həyat verib onu sevərək dərk etməyi öyrədənin, zəhmətinin qarşılığındakı acizliyimi anlamaq istəmirəm…

Bəzən təklikdə gözlərim yaşla dolur. İstəmirəm məni bu halda görən olsun. Yenidən uşaq olsam, qaçaraq yanına gəlib, heç kəsdən gizlənməyərək doyunca ağlayardım…

Şamil Novruzov
Müharibə veteranı

Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
    1
    Share