Aprel döyüşlərinin 10-cu ildönümü münasibətilə tədbir keçirilib
06 aprel 2026-cı il tarixində aprel döyüşlərinin 10-cu ildönümü münasibətilə Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən Hacıağa Abbasov adına Mədəniyyət Mərkəzində anım tədbiri təşkil olunub.
Tədbir mərkəzin rəhbəri Tofiq Dadaşovun təşəbbüsü ilə həyata keçirilib. Tədbir çərçivəsində xalq artisti Şükufə Musayevanın iştirakı ilə vətənpərvərlik mövzusunda “Zəfərə gedən yol” adlı tamaşa nümayiş etdirilib.
Anım tədbirində şəhid anaları, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Sabunçu rayonu, Maştağa qəsəbəsi üzrə qaziləri və veteranları, tanınmış kənd şairi Tərlan Xəlilov, eləcə də Dövlət Gömrük Akademiyasının tələbələri iştirak ediblər.
Tədbir iştirakçıları aprel döyüşlərində qəhrəmancasına həlak olmuş şəhidlərin xatirəsini ehtiramla yad edərək, onların əziz xatirəsinin daim yaşayacağını vurğulayıblar.
AVMVİB-in Mətbuat xidməti

.jpg)