19.03.2024

Hacı Zeynalabdin Tağıyevə 1 kq ət verməyən qəssab

Öz xalqı üçün milyonlarını xərcləyən Hacı Zeynalabdin Tağıyevin ömrünün son ayları idi. Hacı kifayət qədər kasıblamışdı. Onun ailəsinin bir qulluqçusu axıra qədər Hacıya sadiq qalaraq onlarla yaşayırdı. Bir gün onun evinə qonaq gəlir. Hacı öz qulluqçusuna pul verir ki, qonağa dolma bişirilsin və bu səbəbdən də ət və düyü alsın. Qulluqçu dükana gedib qayıdır və yeməyi hazır edir. Hacı süfrədə yeməyi dadarkən hiss edir ki, dolma ətsiz, yəni düyü ilə bişirilib. Kənarda qulluqçudan niyə ətsiz dolma bişirdiyinin səbəbini soruşur. Qulluqçu:

— Hacı, Vallah utandım sizə deməyə… Getdim ki, ət və düyü alım. Dükançı düyü verdi, amma ət vermədi. Dedi ki, Hacıya deyərsiniz dükana olan borcu çoxdur. Ət verə bilmərəm…

Və Hacı Zeynalabdin Tağıyev bu hadisənin səhəri günü dünyasını dəyişir…

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: