Bakının Qurtuluşu və Əbədi Ziyarət: Türk Şəhidlərinin Ruhuna Ehtiram
Tariximizinə qızıl hərflərlə yazılmış 15 Sentyabr 1918-ci il — Azərbaycanın qədim və əvəzedilməz paytaxtı Bakının erməni-bolşevik işğalından azad olunduğu, şanlı üçrəngli müqəddəs bayrağımızın əzəmətlə yenidən göylərə yüksəldiyi unudulmaz qürur tarixidir. Bu şanlı zəfər xalqımızın azadlıq əzminin və qardaş köməyinin əbədi simvoludur.
Həmişə olduğu kimi, bu müqəddəs gündə də Azərbaycan Vەتən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Neftçala rayon şöbəsi anənəsinə sadiq qalaraq Neftçala rayonunun Bankə qəsəbəsində yerləşən İsimsiz 7 Türk Şəhidlər Abidəsini ziyarət etmişdir. Ziyarət zamanı şəhidlərimizin ruhuna dualar oxunmuş, əziz və unudulmaz xatirələri dərin ehtiramla yad edilmişdir. Sonda isə xatirə şəkli çəkdirilmişdir.
AVMVİB-nin Neftçala rayon şöbəsi adından Azərbaycan torpaqlarının bütövlüyü və azadlığı uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət, qəhrəman qazilərimizə möhkəm cansağlığı, şəhid ailələrinə isə səbir və dözüm diləyirik. Vətən sizinlə qürur duyur!
Seyyid Mübariz Eldar oğlu
AVMVİB-nin Neftçala rayon şöbəsinin sədri