22.11.2024

Şanlı tarix: 1300 erməni hərbçinin məhv edildiyi əməliyyat — Video

Ermənistanlı politoloq Andranik Ovannisyan Qarabağda 44 günlük döyüşlərin gedişatı ilə bağlı maraqlı açıqlamalar verib.

Axar.az Modern.az-a istinadən xəbər verir ki, politoloq Baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanla Qarabağ separatçılarının keçmiş hərbi komandiri Samvel Babayanın planı əsasında keçirilən uğursuz əməliyyat barədə danışıb. Onun sözlərinə görə, Lələtəpə istiqamətində müharibənin ilk günlərində həyata keçirilən əməliyyat erməni qoşunlarının darmadağın edilməsi ilə nəticələnib.

«Qarabağda 2020-ci ilin sentyabr-noyabr aylarında gedən döyüşlər zamanı Ermənistan ordusunun 5-ci korpusunun komandiri Andranik Piloyan Lələtəpə strateji yüksəkliyinin ələ keçirilməsi üçün öncədən məğlubiyyətə məhkum olan əməliyyat planı keçirməyə razılıq vermişdi. Əməliyyat baş nazirin həyat yoldaşı Anna Akopyan və «təhlükəsizlik şurasının eks-baş katibi” Samvel Babayan tərəfindən hazırlanmışdı. Əməliyyatın məqsədi keçmiş hakimiyyətin zəifliyini göstərmək üçün Lələtəpə yüksəkliyini yenidən ələ keçirmək idi”, — deyə politoloq söyləyib.

O, uğursuzluqla başa çatan əməliyyatdan sonra Ermənistan ordusunun Zəngilana qədər geri çəkilməyə məcbur olduğunu qeyd edib.

«Mənasız piar-aksiya xatirinə keçirilən əməliyyat zamanı 1300 hərbçi və onlarla tank itirdik. Yeni mövqelərdə möhkəmlənmək mümkün olmadı və artıq bir neçə saat sonra 5-ci korpus Piloyanın başçılığı altında Araz vadisindən Ermənistan sərhədlərinə qədər geri çəkildi”.

Əməliyyatın uğursuzluğunu ictimaiyyətdən gizlətmək üçün Paşinyanın korpus komandiri Andranik Piloyana «Milli Qəhrəman” adı verdiyi və sonradan fövqəladə hallar naziri təyin etdiyi də vurğulanır.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: