22.11.2024

Gənclər təşkilatlarının layihələrinin maliyyələşdirilməsi ilə bağlı qrant müsabiqəsi elan edilib

Martın 19-da Gənclər və İdman Nazirliyi gənclərin inkişafında və onların problemlərinin həllində gənclər təşkilatlarının rolunun daha da artırılması, eyni zamanda, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Tədbirlər Planının 5.7.6-cı yarımbəndinin icrası çərçivəsində gənclər siyasətinin əsas istiqamətləri üzrə gənclər təşkilatlarının layihələrinin maliyyələşdirilməsi məqsədilə bir sıra istiqamətlər üzrə gənclər təşkilatlarının layihələrinin qəbulunu elan edib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, layihələr aşağıdakı istiqamətlər üzrə qəbul olunacaq:

— Vətən müharibəsi, həmçinin milli qəhrəmanların və ərazi bütövlüyü uğrunda döyüşlərdə şücaət göstərmiş gənclərin tanıdılması;

— Şəhid ailələri və qazilərin övladlarının fərdi inkişafına dəstək göstərilməsi;

— Azərbaycançılıq və dövlətçilik ideyalarının və multikultural dəyərlərin gənclər arasında təbliği;

— Gənclərdə dövlət rəmzlərinə hörmət hissinin gücləndirilməsi;

— Gənclər arasında Azərbaycan dili, tarixi, mədəniyyəti və incəsənətinin təbliğinə xidmət edən yerli və beynəlxalq intellektual oyunların, kompüter oyunların, müsabiqələrin, olimpiadaların və festivalların keçirilməsi;

— İşğaldan azad olunmuş ərazilərin bərpası çərçivəsində gənclərin iştirakının təmin edilməsi və təşəbbüslərinin dəstəklənməsi;

— Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında gənclərin təşəbbüslərinin artırılması;

— Gənclər arasında informasiya texnologiyalarından faydalı istifadənin təbliği;

— Gənclərin asudə vaxtının səmərəli təşkilinin təmin edilməsi;

— Gənclərin intellektual inkişafının təmin edilməsi və yaradıcı gənclərlə iş;

— Özəl sektorun gənclərlə bağlı korporativ sosial məsuliyyəti siyasətinin formalaşdırılmasında iştirak;

— Gənclərin hüquqi maarifləndirilməsi;

— Ətraf mühitin mühafizə olunmasında gənclərin təşəbbüslərinin artırılması;

— Müasir peşələr, onlara tələbat və peşə seçiminə dair gənclərin maarifləndirilməsi;

— Gənclərin məşğulluğu və sahibkarlıq fəaliyyəti sahəsində tədbirlərin həyata keçirilməsi;

— İnternat və uşaq evlərində yaşayan və məzun olan gənclərin məşğulluğuna kömək göstərilməsi ilə bağlı tədbirlər;

— Gənclər arasında açıq hökumət prinsiplərinin təşviqi və korrupsiyanın qarşısının alınması üzrə təşəbbüslər;

— Gənclər arasında dini radikallıq və ekstremizmə qarşı yönəlmiş maarifləndirici tədbirlər;

— Gənclərin könüllü fəaliyyətə həvəsləndirilməsi;

– Gənclər arasında sağlam həyat tərzinin təbliği və reproduktiv sağlamlıq sahələri üzrə maarifləndirmə işinin genişləndirilməsi;

— Gənclər arasında erkən nikahların qarşısının alınması məqsədilə maarifləndirmə işinin aparılması;

— Cəzaçəkmə müəssisələrindən azad olan gənclərin reabilitasiyası məqsədilə tədbirlərin həyata keçirilməsi;

— Gənclərin beynəlxalq əməkdaşlığının və mübadiləsinin genişləndirilməsi;

— Gənclər arasında natiqlik mədəniyyətinin inkişaf etdirilməsi vasitəsi ilə gənclərin qərarvermə proseslərində, ictimai əhəmiyyət kəsb edən məsələlərdə və dövlət gənclər siyasətinin həyata keçirilməsində iştiraklarının təmin edilməsi;

— Kənd gənclərinin ictimai fəaliyyətə cəlb olunması ilə onların bilik və bacarıqlarının inkişaf etdirilməsi;

— Gənc alimlərin elmi fəaliyyətinin stimullaşdırılması və elmə həvəsin artırılması ilə bağlı tədbirlərin həyata keçirilməsi;

— Tələbələrin fiziki, əqli və mənəvi inkişafına şərait yaratmaq, onların imkan və bacarıqlarının reallaşdırılmasına kömək göstərilməsi;

— Gənclər arasında qeyri-formal təhsil alətlərinin inkişaf etdirilməsi;

— Gənclər üçün faydalı olan maarifləndirici, elmi-populyar verilişlərin hazırlanması və yayımlanmasının təmin edilməsi (TV kanallar və sosial media platformaları);

Müsabiqəyə təqdim olunan yerli səviyyəli layihələrin maliyyələşdirilməsi üçün 10 min, beynəlxalq səviyyəli layihələr üçün isə 20 min manata yaxın maliyyə vəsaiti nəzərdə tutulur.

Nəzərdə tutulan məbləğdən artıq məbləğ istənilərsə, layihənin əhəmiyyətinə və vacibliyinə görə istisna hal kimi baxıla bilər.

Müsabiqənin mövzularına uyğun olmayan, həmçinin dini, siyasi, maddi yardımı və gəlir gətirməyi (kommersiya) nəzərdə tutulan layihələrə maliyyə vəsaiti ayrılmayacaq.

Dövlət qeydiyyatına alınmayan gənclər təşkilatları, siyasi partiyaların gənclər bölmələri, nizamnamə məqsədi və vəzifələri gəncləri əhatə etməyən təşkilatlar, dini təşkilatlar və icmalar, həmkarlar ittifaqları müsabiqədə iştirak edə bilməzlər.

Müsabiqəyə dair bütün məlumatlar Gənclər və İdman Nazirliyinin rəsmi internet səhifəsindən (www.mys.gov.az) əldə etmək mümkündür.

Müsabiqəyə qatılmaq istəyən gənclər təşkilatları müraciətlərini aprelin 25-i saat 18:00-dək etməlidirlər.

Layihələri nazirliyə gəlmədən də təqdim etmək olar. Bunun üçün Gənclər və İdman Nazirliyinin elektron xidmətlər bölməsinə daxil olub “Gənclər təşkilatlarının layihələrinin qismən maliyyələşdirilməsi ilə bağlı qrant müsabiqəsində iştirak etmək üçün müraciətin və sənədlərin qəbulu” bölməsinə keçid etmək lazımdır. Bundan başqa, əlavə olunmuş sənədləri tərtib edib və “scan” etməklə layiheler@mys.gov.az elektron poçtu vasitəsilə göndərmək olar.

Aprelin 2-də “Zoom” platforması vasitəsilə müsabiqəyə dair məlumat sessiyasının keçirilməsi nəzərdə tutulub. Sessiyanın başlama saatı barədə əlavə məlumat veriləcək.

Əlaqələndirici şəxs Gənclər və İdman Nazirliyinin Gənclər təşkilatları ilə iş sektorunun məsləhətçisi Rəşad Musayevdir. Əlaqə telefonu 012 465-84-19.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: