02.07.2025

Məhkəmədə Mübariz Mənsimov çıxış edib

FETÖ terror təşkilatına üzv olmaqda ittiham edilən azərbaycanlı iş adamı, “Palmali” şirkətinin rəhbəri Mübariz Mənsimovun Türkiyə Cümhuriyyətinin 27-ci İstanbul Ağır Cəza Məhkəməsində məhkəməsi keçirilir.

Bu barədə “Palmali”nin mətbuat katibi Fidan Quliyeva özünün facebook hesabında bildirib.

Xatırladaq ki, martın 3-də İstanbul Cümhuriyyət Baş Prokurorluğu M. Mənsimovun məhkəmə nəzarəti altında sərbəst buraxılmasını istəyib: “Məhkəmənin gəldiyi mərhələ göz önünə alınaraq, müttəhimin cinayətə görə nəzərdə tutulan/veriləcək cəzanın müddəti, şübhəli şəxsin həbsdə keçirdiyi vaxt, həbs-qətimkan tədbiri olduğu üçün bu mərhələdə məhkəmə nəzarətinin mümkünlüyü nəzərə alınaraq, müttəhim başqa cinayətə görə mühakimə olunmursa və ya həbs olunmursa, azadlığa çıxa bilər. Cəza ancaq yaşayış yerini və ölkəni tərk etməməklə azadlıqla əvəz oluna bilər”.

Məhkəmədə M.Mənsimovun vəkili Ərsan Şən çıxış edib və müdafiə etdiyi şəxsin FETÖ-ya hər hansı yardım etməsi barədə ifadələrin heç birinin dəlil-sübutu olmadığını bildirib, bunları böhtan adlandırıb.

Vəkil eyni zamanda heç bir sübut olmadığı üçün ittiham tərəfinin iddiasından imtina edilməsini tələb edib.

Məhkəmədə Mübariz Mənsimova söz verilib. O deyib: «Mən bir daha əminliklə bəyan edirəm, heç bir zaman heç bir terror təşkilatına nə mənəvi nə də maddi yardım etdim. Mən bəraətimi istəyirəm cəbab Hakim! FETO kimi alçaq köpəklərə tek bir kuruş yardımda bulunmadım, bulunmam da. Mən sadəcə devlətə, şəhid ailələrinə, tələbələrə yardım etdim və bunların hamısının sübutu var. Sayın heyət və başkandan istədiyim odur ki, arxanızda yazılan » Adalet Mülkün Temelidir» sözünün bu gün menim dosyamda təcəlli etməsini, ədalətin yerini tapmasını xahiş edirəm. Və bəraətimi istəyirəm».

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: