22.11.2024

Qazaxıstan Türkiyədən PUA alır? — Görüş

Nur-Sultanda səfərdə olan Türkiyənin milli müdafiə nazirinin müavini Muhsin Dere ilə Qazaxıstan Müdafiə Nazirliyinin rəhbərliyi arasında görüş zamanı müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Axar.az xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyi məlumat yayıb.

«Tərəflər müxtəlif modifikasiyalı PUA-ların istehsalı, onların texniki servisinin Qazaxıstana məxsus hər hansı müəssisədə yerləşdirilməsi, həmçinin Türkiyə istehsalı olan zirehli texnikaların imkanları ilə tanış olmağı müzakirə ediblər», — məlumatda qeyd olunub.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: