27.07.2024

Düyünə düşən danışıqlar — Rəsmi Bakı Ermənistanın absurd tələbini rədd edir

10 noyabr atəşkəs razılaşmasının bəndlərindən biri də əsirlərin mübadiləsi məsələsidir. Bakı ələ keçirilən erməni hərbiçilərin əsirlərin mübadiləsi siyahısına aid edilməməsində israrlıdır. Çünki onların arasında 10 Noyabrdan sonra tutulan və müxtəlif maddələrlə ittiham olunanlar da var. Eurasia Diary xəbər verir ki, bu barədə RBK məluma yayıb.

Buna görə, Ermənistanın Baş naziri Nikol Paşinyan tənqid olunur. O, müharibə bitdikdən sonra dəfələrlə əsirlərin geri qaytarılmasının prioritet olduğu barədə açıqlamalar verib.

Azərbaycan tutulan şəxslərin mübadilə edilməməsini israrla tələb edir, çünki onların bəziləri döyüş əməliyyatları bitdikdən sonra tutulub, digərləri isə üç maddə ilə ittiham olunur — «Muzdlu döyüşçü», «Terrorçuluq» və «Hərbi Cinayətlər». Bu barədə ölkənin Xarici İşlər Nazirliyi RBK-nin rəsmi müraciətinə cavab olaraq bildirib. Bundan əlavə, nazirlik razılaşmalara əsasən 60 nəfərin İrəvana təhvil verildiyini deyib. Buna baxmayaraq, 28 yanvarda beş əsir Rusiyanın vasitəçiliyi ilə Ermənistana qaytarıldı. Onları xüsusi aviareysdə Qarabağdakı Rusiya sülhməramlı missiyasının komandiri Rüstəm Muradov müşayiət etdi.

Ermənistanın əsirlərin mübadiləsi siyahısında müharibə bitdikdən sonra — dekabrın ortalarında ermənilərin Xçaberd adlandırdıqları kənd (azərbaycanca adı — Çaylaqqala) yaxınlığında əsir götürülmüş 62 nəfər var. Erməni hərbçiləri niyə orada yerləşdirilib və buna hüququ olub-olmadığı hələ məlum deyil. Erməni tərəfi iddia edir ki, bu və qonşu kəndlər 10 noyabrda birgə bəyanat imzalandığı zaman onun nəzarəti altında olub. Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov, 18 yanvar 2020-ci ilə aid son mətbuat konfransında, Bakının həmin kənd yaxınlığında əsir götürülmüş 62 nəfəri ekstradisiya etmək istəmədiyini söyləyib. Çünki onlar atəşkəs elan ediləndən və döyüş əməliyyatlarından sonra Azərbaycan bölmələri tərəfindən qaytarılan əraziyə daxil olublar, bu isə 10 noyabr razılaşmasının şərtlərinə uyğun gəlmir.

Kənd yaxınlığında əsir götürülənlərlə əlaqədar olaraq, Azərbaycan Xarici İşlər Nazirliyi rusiyalı nazirin yenidən səsləndirdiyi versiyanı təkrarlayıb: “Onlar (erməni hərbçiləri — RBK) 2020-ci il noyabr ayının sonunda, atəşkəs və bütün hərbi əməliyyatları təmin edən üçtərəfli bəyanatın imzalanmasından iki həftədən çox keçəndən sonra Azərbaycan ərazilərinə göndərilib. Bu silahlı qruplaşmanın terror fəaliyyəti nəticəsində əsgərlərimiz və mülki vətəndaşlarımız öldürülüb və yaralanıb. Azərbaycan qanunvericiliyində nəzərdə tutulduğu kimi, onlara qarşı cinayət işi başladılıb».

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: