Ermənilər bu dəfə heyvanların adından danışdılar
Ermənistanın sərhəd kəndlərinin sakinləri artıq əhəmiyyətli otlaq sahələrindən və su ehtiyatlarından istifadənin onlar üçün qeyri-mümkün hala gəlməsindən narahat olduqlarını bildiriblər.
Qazet.az xəbər verir ki, bu barədə Ermənistan Respublikasının Ombudsmanı Arman Tatoyan öz “Facebook” hesabında məlumat verib.- Advertisement —
“Kəndlilərin dediklərinə görə, çətinliklər xüsusilə yaz aylarından başlayacaq. Təhlükə ondan ibarətdir ki, mal-qaranın Azərbaycanın nəzarəti altında olan tərəfə keçməsi və geri qayıda bilməməsi ehtimalı yüksəkdir. Kəndlilər məlumat verdilər ki, artıq 34 atın Azərbaycan tərəfinə keçməsi və heyvanların ermənilərə qaytarılmaması faktı qeydə alınıb”, – Tatoyan bildirib.