22.11.2024

Ölkədə «Sarı» statuslu insanların sayı 5000-i ÖTDÜ

Azərbaycanda COVİD-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə yaradılan “e-Təbib” mobil tətbiq əlavəsində «sarı» statuslu insanların sayı artıb.

Bunu “E-Təbib” layihəsinin rəhbəri Fuad Niftəliyev deyib.

Onun sözlərinə görə, «sarı» statuslu insanlar COVİD-19-a yoluxma riski yüksək olanlardır:

“Onlar COVİD-19-a yoluxan şəxslərlə 2 metrdən az məsafədə və 10 dəqiqədən çox təmasda olduğu üçün «sarı» statuslu insanlar hesab edilirlər.

F.Niftəliyev qeyd edib ki, “e-Təbib”də 150 minə yaxın insan qeydiyyatdan keçib. Hazırda 5000 nəfərdən çox “sarı” statuslu insan var. /Trend/

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: