22.09.2026

Gəncədə şəhid Həsən Həsənovun xatirəsi anılıb

21 sentyabr 2026-cı il tarixində Gəncə şəhərində şəhid Həsənov Həsən Zabit oğlunun xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.

Anım mərasimində Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) “Dəmir Yolları” şöbəsinin sədri İlham Əzizov, müharibə veteranları, Mühafizə Departamentinin Gəncə bölməsinin rəisi Vahid Cəfərov, yerli icra hakimiyyətinin nümayəndələri, eləcə də şəhidin ailə üzvləri iştirak ediblər.

Tədbir zamanı şəhid Həsən Həsənovun əziz xatirəsi ehtiramla yad edilib, ruhuna dualar oxunub. Çıxış edənlər şəhidin keçdiyi həyat və döyüş yolundan, Vətən qarşısında xidmətlərindən söz açaraq onun xatirəsinin daim xalqımızın yaddaşında yaşayacağını bildiriblər.

Mərasim iştirakçıları Vətənin müdafiəsi və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizin xatirəsini dərin ehtiramla yad ediblər.

Allah şəhid Həsən Həsənova və bütün şəhidlərimizə rəhmət eləsin!

AVMVİB-in Mətbuat xidməti

WhatsApp Image 2026 09 21 at 17.04.21 (3) WhatsApp Image 2026 09 21 at 17.04.21 (2) WhatsApp Image 2026 09 21 at 17.04.21 (1) WhatsApp Image 2026 09 21 at 17.04.21
Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: