20.09.2026

Şəhid Fəqan Zahid oğlu Həmidovun Anım günü keçirilib

19 Sentyabr 2026 cı il tarixdə Tərtər rayon Qapanlı kənd Fəqan Həmidov adına tam ümum orta məktəbdə Şəhid Fəqan Zahid oğlu Həmidovun Anım günü keçirilmişdi. Tədbirdə müəllim və şagirdlər Şəhidin qardaşı Həmidov Məcnun və.kənd sakinləri iştirak edirdilər.Tədbiri Məktəbin direktoru Fitat Əliyeva açaraq Dövlət himni səsləndirildi .Ümummilli Lider Heydər Əliyevin və Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Məktəb direktoru Fitat Əliyeva AVMVİB Tərtər.rayon şöbəsinin.sədri Çingiz İsayev və Şəhid qardaşı Həmidov M.Z Şəhid Həmidov Fəqan Zahid oğlunun döyüş yolu haqqında məlumat verdilər.

Tədbirin sonunda Şəhidlər kompleksinin önünə gül dəstələri qoyularaq Şəhid Həmidov Fəqan Zahid oğlunun qardaşlarının şəxsi vəsaitləri hesabına tikilən Şəhidlər bulağının açılışı.oldu. Allah Şəhidlərimizə rəhmət eləsin.

AVMVİB Qarabağ Bölgə müxbiri Elçin Qədirov

WhatsApp Image 2026 09 20 at 11.55.50 (2) WhatsApp Image 2026 09 20 at 11.55.50 (1) WhatsApp Image 2026 09 20 at 11.10.27
Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: