29.03.2024

Rusiya dünyaya bədbəxtlik gətirmək üçün yaradılıb

Rusiya hər zaman özünün qeyri-adi silahları, qitələrarası nüvə başlıqlı raketləri və fövqəladə konstruksiyaya malik təyyarə, PUO, Hava Hücumundan Müdafiə Kompleksi və digər odlu silahlarla dünya mətbuatının gündəminə gəlməyi xoşlayır.

Düzdür, Qərb dünyasının hərbi ekspertlərinin bir çoxu Rusiya istehsalı olan bu silahların keçmiş SSRİ hərbi sənayesinin hələ reallaşdırılmamış layihələrinin müasir modifikasiyası hesab edirlər və istehsal olunan silahlarda qeyri-adilik görmürlər.

Lakin Rus hərbi sənayesinin ordunun sərəncamına yeni tipli müxtəlif silahlar verdiyinə baxmayaraq, son 10 ildə xüsusi hərbi birləşmələr də yaradır. Bu hərbi birləşmələr əsasən valideynsiz və kimsəsiz böyüyən uşaqlardan formalaşdırılır.

Tez-tez Rusiya xüsusi hərbi şirkəti «CHVK Vaqner», «CHVK «Vaqner» haqqında kütləvi informasiya vasitələrində məlumatlar gedir. «CHVK Vaqner» adlandırılan qeyri-rəsmi Silahlı Qrupların formalaşması Rusiyaya niyə lazımdır?

Qrupun 2014-cü ildən Ukrayna, daha sonra Suriya və Liviya ərazisində fəaliyyət göstərdiyi iddia edilir. Bundan əlavə, hər hansı cinayət əməlinə görə cəza çəkən uşaqların təlim-tərbiyəsində ilk növbədə hərbi rejimdən istifadə olunması və fiziki dözümlülüyün artırılmasına diqqətin ayrılması bunun əyani sübutudur.

Rusiyanın xüsusi hərbi qruplaşmaları və xüsusi təyinatlı dəstlərindən əlavə qeyri-rəsmi hərbi birləşmələri də müxtəlif cəbhələrdə fəaliyyət göstərirlər. Onlar üzərlərində Rusiya Federasiyasının hər hansı bir hərbi və dövlət nişanını gəzdirmirlər. Lakin bu qeyri-formal birləşmələr hər zaman İraq, Suriya, Liviya və Rusiyanın marağında olan digər qaynar döyüş bölgələrində diqqəti cəlb edir. Rəsmi qeydiyyatı olmayan belə hərbi birləşmələrdən biri öz çevikliyi, universiallığı və amansızlığı ilə məşhurdur. «Vaqner qrupu» milliyyətcə ruslardan təşkil olunmuşdur. Onlar qədim rus xalqının varlığının daim bərqərar olmasının təminatçısı kimi çıxış edərək müxtəlif bölgələrdə müddətsiz hərbi xidmət keçirlər.

«Vaqner qrupu»

3 il bundan əvvəl Suriyada qızğın döyüşlər zamanı «Vaqner qrupu»nun qeyri-insani və hərbi cinayət sayılacaq əməliyyatları haqqında mütəmadi oxuyurduq. Bu barədə sosial şəbəkələrdə yayılan iki dəqiqəlik video klip səbəb oldu. Şərhçilər videoda Suriyada fəaliyyət göstərən «Vaqner qrupu» döyüşçülərinin ola biləcəyini güman ediblər, lakin heç kim bunu təsdiq edə bilməyib: videoda olan şəxslərin üzü görünmür, üzərlərində heç bir tanınma nişanı yoxdur, videoların harada və nə vaxt çəkildiyi məlum deyil. Lakin ötən ilin noyabrında şəbəkədə tarixin davamı-videoyazının aşağıdakı üç hissəsi peyda oldu, görüntülərdə onların bir ərəblə baş verən qeyri-insani əməlləri aydın görünür.

İkinci videoda, onlar böyük çəkic ilə bir insanı əzirdilər. Əzilən adam şüursuz və ya bəlkə də artıq ölüdür. Döyüşçülərdən biri bıçaqla onun başını kəsir. Lakin başını kəsməzdən əvvəl kürəklə onun bel sütununu qırırlar. Daha sonra balta ilə dizlərini və biləklərini kəsib atırlar. Ən sonda isə ərəb olduğu ehtimal edilən cansız bədəni başıaşağı dara çəkib ayaqlarından tutaraq bədəni iki hissəyə bölürlər.

На изображении может находиться: 1 человек

Nurlan Məmmədli

Veteran.az saytının redaktoru

Video: Baxmaq üçün təsdiqləyin…

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: