21.11.2024

AZƏRBAYCAN TARİXİNİN ARAŞDIRILMASINDA NÜVƏDİ— NUHVADİ FENOMENİ

На изображении может находиться: Ravil Ceferov

Ravil Nuhvadili (Cəfərov Nadir oğlu)

Neçə illərdir düşünürdüm ki, görəsən bizim dilimizdə işlənən «adam» sözü ilə Allahin yaratdiğı ilk adamla, yəni Həzrəti Adəmlə(ə) bir əlaqəsi varmı? Bu suala cavab vermək üçün mənə ilk ideyanı dayıoğlum, şair-publisist, fizika elmlər namizədi Samir Şamil oğlu Cəfərov verdi. Belə ki, həmkəndlilərimin birinin yas mərasimindəki söhbətində Nüvədi kəndiin adının Nuh(ə) peyğəmbərlə bağlı olduğunu dilə gətirdi. Məndə fikir yarandı ki, əgər Nuh(ə) peyğəmbərin bizimlə bağlılığı varsa, onda bizim hz. Adəmlə (ə) də bağlılılımız qaçılmazdır. Bu ideyanı daha da dərindən araşdırmaq üçün həmyerlim, Amerikada yaşayıb yaradan Tariyel Azərtürkün mixi yazılı yaradıçılığına müraciət etməli oldum. Sən demə bu sual onu da məşğul edibmiş. Və özünün “Əcdad” (Sietl, 1997, 472 s.) adlı kitabında bir neçə əsərini tərcümə etdiyi Babilan türk şairi və astronomu 6500 il öncə yazıb-yaratmış Enlil İsmə Dağandan misal gətirir. O göstərir ki, Azərbaycan dilinin lüğət fondlarında adam sözünü bizim ərəbdən aldiğımızı iddia etsələr də, bu sözün əslində türkdən alındığının şahidi oluruq. Hələ ərəb və fars millətləri dünyada formalaşmamışdı, amma Enlil dövründə türk «adam» kəlməsinə malik idi. Enlil qəzəllərinin birində yazır:

“Əkirsə bir qələm ki, adam, nə ulu neciləm (əkirsə bir qələmə ki, adam ah nə ulu nəslin-nəcabətin övladıdır o)!

Odur ki, türk dilindəki adamla Həzrəti Adam (ə) arasında mütləq əlaqənin olduğunu demək mümkündür. İlk yaratdığı bəşərə Allah türk dilindəki Adam adını da vermişdir.

Qalan bəzi suallara cavab vermək üçün isə doğulduğum, qədim tarixə malik Nüvədi kəndindən (Zəngəzur mahalı Mehri rayonu— H.Vəliyə görə bu ad böyük sərkərdə Cavanşirin babası Mehranın adı ilə bağlıdır) başlamaq istəyirəm. Nüvədi kəndinin sakinlərinə və o kəndi tanıyan adamlara yaxşı məlumdur ki, kənddə Gəmi Düzü və Peyğəmbər İzi deyilən iki yer var.

Gəmi Düzü kəndin İranla(Cənubi Azərbaycanla) sərhəd bölgəsində Araz çayının şimal sahilindəki düzənlikdə yerləşir ( bu ərazidən vaxtilə Naxçıvana gedən dəmiryolu keçirdi və qatar stansiyası olsa da, o əraziyə el arasında Gəmi Düzü deyilirdi).

Peyğəmbər İzi kəndin ortasından axıb keçən Sələnc adlanan kiçik çayın kənddən xeyli aralı şimal vadisindədir. Çay axarı boyunca yerdəki bir qrup sal daş üstlərində uzanmış insanın saldığı əbədilik izə deyilirdi Peyğəmbər izi.

Bu məlumatın davamı olaraq onu da bildirim ki, çoxlarına məlum olan Naxçıvandakı Gəmi Qaya dağı, sanki Nüvədidəki Gəmi Düzünün tale sirdaşıdır.Nüvədili mərhum filoloq, tədqiqatçı, şair Həmzə Vəlinin «Nüvədi kitabələri» adlı tarixi əsərində istinad etdiyi yunan tarixçisi Plininin(eramızın birinci yüz illiyində 23—79 illərdə yaşamışdır) məlumatına əsasən, «Azərlər Nuh oğlu Yasəfin nəslindəndir». «Nəslindəndir» ifadəsi AZƏR-lərin Yasəfin törəmələri olmayıb, ondan əvvəl mövcud olan əcdadlarımıza aiddir. Həm Nüvədi kənd ərazisində, həm də Naxçıvanda gəmilərin üzməsinə dair nə indi, nə də əvvəllər hər hansı tarixi məlumat olmamasına baxmayaraq, Gəmi Düzü, Peyğəmbər İzi, və Gəmi Qaya adlarının bu günə qədər varlığı Nuh(ə)-dan gəldiyimizin diri şahidləridir. Bu, həm də ulu babalarımızın tarixi yaddaşlarının itiliyindən, həmişə yaşarılığından xəbər verir.

Deyilənlərə əsaslanaraq tam əminliklə təsdiq etmək olar ki, bu toponimlər birbaşa Həzrəti Nuhla(ə) bağlıdır.

Tariyel Azərtürk Culfadakı İlandağ qayasəthi türkdilli mixi yazısına söykənərək, sübut edir ki, axtarılanların əksinə, Nuhun gəmisi Ağrı dağında deyil, əslində Ordubadın Gəmiqaya dağında quruya çıxmışdır. Ona görə də Ağrıdağda bir əsr boyu aparılan çoxsaylı ekspedisiyalar heç bir nəticə verməmişdir. Çünki gəminin ünvanı səhv salınmışdır.

GƏMİ DÜZÜ

Ulu babalarımız gəminin düzəldiyi yeri adıyla bizə miras qoyublar—min rəhmət babalarımıza!Bəşər tarixində vəhylə, ilk dəfə düzəldilən, sonrakı yaşam üçün bir cüt ev heyvanları da yüklənən gəmi, uzaq məsafəyə üzmək üçün deyil, sadəcə Allaha və onun peğəmbəri Nuh(ə)-a iman gətirənlərin suda boğulmaqdan xilası üçün məhz Nüvədi/Nuhvadi kəndindəki Gəmi Düzündə düzəldidiyinə əminliyimi ifadə edərək, hörmətli Tariyel Azərtürkün də digər açıqlamalarına yüzdə-yüz qatılıram. Belə ki, o, məşhur «Tufan hadisəsi» zamanı Nuhun gəmisinin Darvaza adlı yerdən keçərək, Nehrəm (Nuhram – Nuhun ram etdiyi yer kimi deşifre olunur) kəndini kəsib Naxçıvançay vadisində məskən saldığını qeyd edir. Dr. T. Azərtürk Naxçıvan adının doğrudan da Nuh (ə) peyğəmbərlə bağlı olduğunu iddia edir. O, bunu, bəzilərinin dediyi kimi Nuh Cahan («Vətən səsi» qəzeti, Əbülfəz Hüseynli) deyil, Nuh çıv an kimi deşifrə edir. Yəni, Nuhun ilk dəfə çıv çaldığı məkan. Həqiqətən də, bu açılışı həm ilişib quruda qalmış gəmini Gəmi Qayada çivə bağlamaq kimi, həm də bilavasitə Nuhun özünün Naxçıvanda məskən salması kimi də anlamaq olar. Çıv çalmaq, həm də xalqda məskən salmaq anlamında da işlənir. Demirlərmi məgər?: “Gəldi çivin yanımda çaldı”, yəni, arzuolunmaz bir şəxsin digərinin yanında ev, alaçıq tikməsi, yurd salması zamanı işlədilən ifadə məhz Naxçıvan adında özünü büruzə verir. Ən vacib detal isə, Azərtürkün fikrincə, bu yaxınlarda bərpa edilən Nuh (ə) Peyğəmbərin, bütün şahidlərin göstərdiklərinə görə, “Türk üslubunda” tikilmiş mavzoleyi və onun adı ilə bağlı digər toponimlərdir.

Nüvədi kəndi doğrudan da hər tərəfdən dağlarla əhatə olunmuş vadidə yerləşir.Mənim də qənatimə görə kəndimizin əsl adı məhz Nuh(ə) peyğəmbərin adı ilə bağlı olub, əslində Nuhvadi olmalıdır. Bunu T. Azərtürk, İlandağ qayasəthi yazısı ilə bağli kitabının əlaqədar fəslində də qeyd edib. Nuhvadi min illər ərzində tələffüzdə kiçik fonetik dəyişikliyə uğrayaraq indiki

Nüvədi şəklinə düşmüşdür.»Peyğəmbər İzi» adı da Nuhun(ə) orada olmasını təsdiqləyən faktdır.

Nüvədi kəndinin Qarqardaşı dağından görünüşü


Nüvədi kəndinin Qarqar daşı dağından görünüşü budur. Mümkünsə dəyişin. O biri şəkil fransız rəssamının 200 il bundan öncə çəkdiyi rəsm əsəridir. Görünüş başqa yerdəndir.

Həmzə Vəli «Nüvədi kitabələri» əsərində bizim kənddə Qarqa(r) dağından tapıb 5 il müddətinə oxuduğu daş kitabələrdəki yazılara əsasən bizim xalqın adının AZ olması, qədim AZ dilində adama AR/ƏR deyildiyinə görə, bu iki sözün birləşməsi AZ ADAMI, AZ İNSANI mənası daşıdığını təsdiqləyir. BAY—ZƏNGİN,CAN—VƏTƏN, YURD deməkdir. Yəni H. Vəliyə görə, “AZƏRBAYCAN sözünün mənası AZ ADAMININ ZƏNGİN VƏTƏNİ deməkdir”. Həmin daş yazıların ikinci sətrinin transkripsiyası H. Vəlidə belədir:



«En ƏR AZ. Eküç bək erinc Ər Az el». H. Vəlinin açılışında yazı:»Alisən (Ulusan) Ər Az. Bəy Ər Az elinin varlığı ilə öyündü» anlamındadır.

H.Vəlinin «Nüvədi kitabələri»ndəki həqiqətə aparan təhlilinin bir bölümünü olduğu kimi oxucuların nəzərinə çatdırmaq istəyirəm.

» «Oğuz» sözü Orxon-Yenisey abidələrində üç səslə—OĞZ kimi yazılır. Qədim türk dilində və Orxon-Yenisey abidələrində «z» səsi heç vaxt söz başında işlənmir, oxunmur. Sözün fonetik tərkibindən və semantik mənasından asılı olaraq «z» səsindən əvvəl a, e, ə səslərindən biri oxunur, tələffüz edilir. Odur ki, «Oğuz» sözü əslində «OĞ AZ» və ya «OK AZ»dır.»OĞ» ta qədimdən bu günə qədər nəsil, törəmə, mənsubluq bildirir.»Oğ» komponomentinin sonuna sözdüzəldici «lu» şəkilçisi artıranda «oğlu», «laq» artıranda isə «oğlaq» alınır. «Oğlu» deyəndə bir şəxsin törəməsi, «oğlaq» deyəndə keçinin törəməsi—keçiyə mənsubluğunu bildirir. Ona görə də «OĞ UZ»/»OĞ AZ» Az nəsli, Az törəməsi deməkdir.Və ya «Oğuz» etnominini «OK AZ» kimi qəbul etsək o da AZ tayfası, AZ qəbiləsi deməkdir. Qədim dilimizdə «ok/ox» sözü tayfa, qəbilə mənasındadır. Beləliklə,»Kitabi-Dədə Qorqud»da «İç Oğuza Tış Oğuz asi oldu» ifadəsində adı çəkilən «İç Oğuz»lar—yerli «OĞ AZ»/»OK AZ»lar, «Tış Oğuz»lar isə, gəlmə «OĞ AZ/OK AZ»lardır ki, Orta Asiyadan Azərbaycana yürüş etmişlər.»

Dr.T.Azərtürk «Mixi yazı»ların açılışıyla bağlı tədqiqatlarında təxminən 4000 il bundan öncə Babildə Naram Sin adlı müəllifin üç rübasindən birinin açılışınıda deyilir:»İma (qulluqçu), iç, ayıl, ab palil (gurladır) arxım» misrasın-dakı» ab» sözü qədim türk sözü olub indiki su sözünün sinonimidir və qədim Azər-Türk dilindədir heç də başqa dildən gəlmə ola biməz. Bu dəlillərə əsasən H.Vəlinin «Nüvədi kitabələri» əsərində Azov dənizinin AZ-larla bağlı olması düzdür, sadəcə açılışı düz deyil. Beləki,OV—yurd-yuva deyil, OV/OB/AB olub, AZOV/AZOB—AZ-ların suyu deməkdir (Nüvədi/Nuhvadi ləhcəsində «a» səsi sözdən asılı olaraq «o» kimi, məs., ab-ob, abır-obır, abigərdən-obıgardan, abı-rəng-obırəng, kimi tələffüz edilirdi,müəllif).Yeri gəlmişkən,Rusiyanın şərqində axan Ob çayı və Nüvədidəki «Sələnc (fikrimcə, sel ləng axdığına görə Selləng olmalıdır) çayı ilə Monqolustandakı Selenqa çayının həmahəng səslənməsi, ulularımızın oralara qədər gedib çıxmasına dəlil deyilmi»? H.Vəli əsərində ulu babalarımızın yaşadıqları əraziyə, eyni kökdən olan soylarına xalqımızın adını verməklə (məs.ARAZ cayı, QAFQAZ dağı,QAZBƏY (KAZBEK) zirvəsi, AZIX (AZ OK/OĞ) mağarası, XAZAR / XƏZƏR və AZOV/AZOB dənizi, eləcə də eynisoylu tayfa və xalqların məs., OK/OĞ AZ(OĞUZ),QAQAUZ, QIRQIZ (Qırx-OK/OĞ/AZ), QAZ(OK/OĞ)AX, ÖZBƏK/ AZBAY və s.) həm böyük, həm qədim, həm də yazılı mədəniyyətə sahib olmaqla yanaşı, böyük coğrafi ərazidə də məskunlaşdığın-dan bəhs edir.Hətta onun fikrincə ASIYA/AZIYA/AZUYA (AZ-ların yurd-yuvası deməkdir) qitəsi də AZ-larla bağlıdır. Kitabda müəlif, böyük və ulu xalqımızın daş yazılı abidələr və toponimlər vasitəsilə tariximizi yaşadıb bizə çatdırma-sından geniş bəhs edir.

Tanrının Hz.Adama(Adəmə) bəxş etdiyi hər şeyi öz adıyla çağırmaq xislətinin sübutu kimi həm Allah tərəfindən göndərilən demək olar ki, bütün peyğəmbərlərin (Adəm, Nuh, Davud, Süleyman, İdris, Üzeyir, Zəkəriyyə, Yaqub, Yusif, Xıdır, İshaq, İbrahim, Məhəmməd(s) və s.), həm də Adəmin zöv-cəsi Havvanın (Həvvanın) və İbrahim peyğəmbərin zövcəsi Sarayın adlarıı, eləcə də Allahdan üz döndərənlərin Qabil (Adəm(ə)-ın oğlu Qabilin qardaşı

Habili öldürməsi haqda rəvayət çoxlarına məlumdur), Zərdüştün özünün və «Avesta»sının qəhrəmanları Əhrimən və Hörmüz(d) adlarını, hər kəsə əməllə-rinə görə adlar verilməsini özündə yaşadan «Dədə Qorqud» dastanındakı Beyrək, Selcan, Məlik (Qıpçaq Məlik), Aruz (Alp Aruz), Yalçın/ Yalıncıq, Azər-baycan tarixində əbədi izlər qoymuş Babəkin, Xətainin və s. adlarını övlad-larına qoymaqla tariximizin bütün ənənənələrini yaşatmalarını,həmçinin H.Vəlinin yuxarıdakı açıqlamalarını nəzərə alsaq, Araz və Kür çayları arasında yerləşən Fizuli rayonunda ən qədim insan sümükləri tapılan Azıx, əslində Az Ok/AZ OĞ mağarasının açılışını vermək olar.AZ OK—ADAM ZATINDAN/ALİ ZATDAN (Həm Qarqar yazısındakı «Alisən-Ulusan ey ƏR AZ» ifadəsi, həm də adamın, insanın Ali məxluq olması bunu söyləməyə əsas verir.Çünki bir ulu-sun adını bildirən AZ mütləq məna kəsb etməlidir.) olan tayfa və ya AZ OĞ—ADAM ZATININ/ ALİ ZATIN törəməsi kimi deşifrə etmək olar. Sual oluna bilər ki, «AZ OĞ»-la «OĞ AZ»-ın fərqi nədir? AZ Oğ daha qədim, ilkin əcdadlarımızdır, OĞ AZ onlardan sonrakı əcdadlarımızdır.Bu günkü Əli Vəlioğlu—Vəli Əlioğlu, İlham Heydəroğlu—Heydər İlhamoğlu, Fazil Nadiroğlu— Nadir Fazil-oğlu və s. kimi. Mentalitetdən irəli gələn nəslin davamçısınin oğul olmasını, bu təhlilərin yalnız bizim dilimizdə mümkün olduğunu nəzərə alsaq ilk bəşər övladının vətəni AZƏRBAYCAN olması həqiqətə uyğundur. Daha sonra Zəngəzur/ar adının açılışı, ZƏNGİ(tayfası) AZ AR (nüvədililər Azəri Azar və ya Ozar çağırardılar)—yəni Azərlardən olan zəngi tayfası deməkdir. Bu minvalla Zəngilan—Zəngi il/elinin Məkanı deməkdir (müəllif).

H.Vəlinin qardaşı, artıq tanış olduğunuz, T.Azərtürk tarixdə «Mixi yazı-ları» kimi tanınan yazıların açılışı ilə məşğuldur. Maraqlıdır ki, ilk nəticələr sevindirici və qürurvericidir.Belə ki, Tariyel bəy oxuduğu mixi yazılı mətnlərin təmiz qədim Azərbaycan dilində olduğunu isbat edir. Bu yazılarda Nuhvadi(Nüvədi) ləhcəsində işlənən arxaikləşmiş sözlərin də olması (məsələn:pesala,kuka,mürü, mazarat, mixi yazılı mətnlrdə Nüvədidəki kimi “o” foneminin olmaması, “u” səsinin işlədilməsi və s.) Tariyel bəyin işini asanlaşdırmışdır.

Mixi yazılarının hamısı şaquli formada,“başı papaqlı”, ucu iti, yəni mıxabənzər formada olduğuna görə Azərbaycanda «Mıxı yazıları» adını almışdır. Əgər elm adamları mixi yazılarının yaşının təxminən 6000 il,ondan qabaqkı piktoqramların (şəkil yazıların) isə 8000 il olduğunu təsdiq edirlərsə və bu yazılarda da Azərlərin dili və tarixi yaşayırsa, nəhayət «Mıxı yazılarından» da qədim yazı nümunəsi elmə məlum deyilsə, bu faktın özü də da təsdiq edir ki, Azərbaycan ən qədim insan məskənidir.

T.Azərtürkün oxuduğu mətnlər arasında İribunyedən (İrəvan), Xudafərindən (Cənubi Azərbaycan), İlandağından və Həmədandan tapılan yazılar yer alır.Bu özü sübut edir ki, ulularımız təkcə Babilanda deyil, həm də bu gün bizi gəlmə saydıqları Azərbaycanda da min illər öncə yaşayıb yaratmışlar. O, 2014-cü ildə Bakıda olarkən»Mədəniyyət» kanalında İlham Rəhimlinin apardığı «Sərbəst söhbət» verilişində İbrahim(ə) peyğəmbərin (Abrahamın) Azəri-Türk mənşəli olduğu və bu adın Ab(a)—Ata, Ra—Yol

[göstərən], Ham—Hamı, yəni “Hamıya Yol Göstərən Ata”(yeri gəlmişkən, Hz.İbrahim Xəlilullahı islamda Peyğəmbərlər Atası adlandırırlar) anlamı daşıdığını qeyd etdi.» Qurani-Kərimdə» (74-cü ayə) İbrahim peyğəmbərin atasının (bəzi mənbələrdə atalığının) adının Azər/Azar olduğu qeyd olunur. Bu adın da yalnız bizə məxsusluğu aksiomadır.

T. Azərürkün yazılı dəlillər əsasında sübut etdiyinə görə, Azərbaycan türkləri ilə Türkiyə türkləri mixi yazı dövründə vahid millət idi. Dil indiki kimi dialekt differensiasiyasına varmamışdı.Və o həmən əski dövrdə yəhudilərin Babilanda(T. Azərtürkə görə, türkcə Baba İl An — Baba(Patriarx) İlin(Xalqın) Məkanı deməkdir) yaşadıqlarını və bizim mədəniyyətimizdən bəhrələndik-lərini xüsusi dəlillərlə sübut edir. Onun rus və ingilis dillərində yeni yazdığı “Türkün və Türk Dilinin Mənşəyi” adlı hər biri 852 səhifəlik kitablarının bir fəsli “İncildə Türkizm” adlanır. Və o isbat edir ki, İncilin ilkin “Mənşə” kitabını yəhudi yazarlar Türkün gil yazılı mətnlərindən köçürüblər.“Mənşə” kitabı yəhudilərin İncildən qabaq yaratdıqları digər iki səmavi kitablarında da var.

Milli bayramımz olan Bahar(İstər) bayramının (indiki Novruz bayramı) 6500 il bundan qabaq türklər tərəfindən qeyd edildiyini açan Azərtürk, bunu tarixöncəki astronom Enlil İsmənin ekvinoksla (gecə ilə gündüzün bərabərlik anı) bağlı yazılı dəlilləri ilə təsdiq edir.Bu bayramın bir çox atributlarının təkcə qədim yəhudilərin deyil, bir çox Avropa xalqalrının da məişətlərinə daxil olduğunu xüsusi vurğulayır. Və Bayramın neçə min illər sonra farsların türklərdən mənimsədiklərini qeyd edir. Bu cür təkzibedilməz yeni dəlillərlə Tariyel bəy də yəhudilərin bizdən heç də qədim olmadıqları qənaətinə gəlir.

11 iqlim tipindən 9-una, yeraltı, yerüstü sərvətlərə, təbii yanar od mənbələrinə malik, bu günə kimi «ADAM» sözünün yaşadığı, Yerin cənnəti olan Azərbaycan ilk insanların vətənidir.Yunanlarıın Antik dövrdəki şairi Esxilin «Zəncirlənmiş Prometey» əsərində Prometeyin İnaxın qızı İo-ya:»xeyli getdikdən sonra o dağların sultanı Qafqaza yetişərsən, yamyaşıldır hər yanı» misraları Qafqaz adının eramızdan əvvəl də məşhur olduğunu göstərməklə yanaşı bu adı o dağa verən ulu xalqın olmasını odun məhz buradan aparıldığını da təsdiqləyir. Həmzə Vəli «Nüvədi kitabələri»ndə Qafqazın əslində QAPIAZ, yəni AZLARIN QAPISI mənasını daşıdığını qeyd edir.Mənim fikrimcə Adəmdən törəyən ilk adamlar AZ OK (Azıx) mağarasında məskunlaşmışlar. O zamanlar hər hansı nəqliyyat vasitəsi olmadığına görə artan nəsil ancaq yaxın ərazilərə səpələnmişlər. ADAM ZATI və ya ALİ ZAT olduqlarına görə qısa olaraq özlərini AZ adlandırmışlar.Yer kürəsinin az qala əksər hissəsində yaşadıqları ərazilərə öz adlarını vermişlər.Odur ki, AZIYA qitəsinin AZ-larla bağlı olduğunu vurğulamışdıq. Nuh(ə)-ın da məskən saldığı Nuhvadi(Nüvədi) kəndi, qədim Azərbaycan torpağı Zəngəzurda yerləşdiyini nəzərə alsaq Həzrəti Adəm(ə)-ın elə Nuh(ə)-ın əcdadı olması yəqinləşir. «Qurani Kərim»də qeyd edildiyi kimi, Həzrəti Adəm(ə) 650 il, Həzrəti Nuh(ə) 950 il yaşamışlarsa, Azərbaycanın uzun ömürlülər diyarı kimi məşhur olmasında bu amil gendən gəlmə faktor deyilmi?

AZ-lar əvvəllər piktoqramla (şəkilli yazılarla—Qobustan qayalıqlarındakına oxşar) daha sonra hərfi yazılarla (Gil yazıları,Mıxı yazıları, Qarqar yazıları, Orxon-Yenisey yazılarıyla) tarixdə iz qoymuşlar. Həzrəti Adəm(ə)-ı və Həvvanı Allahın yaratdığını qəbul ediriksə, yuxarıda sadalanan faktlara əsasən, Həzrəti Nuh(ə)-ın zamanındakı tufan və gəmi hadisəsi şəksiz həqiqətdir.

Bir halda ki, Azərlər və Türklər Həzrəti Nuh(ə) peyğəmbərin nəslindəndirlər, bu faktın özü düşünməyə əsas verir ki, Yer üzünü su basarkən Nuhun (ə) gəmisində xilas olan adamların indiki sivilizasiyanın əsasını qoyduqlarını qəbul edək. Bu da bizim Azərbaycanın payına düşür. Ona görə də onun ən qədim insan məskənlərindən biri olduğunu düşünməyə haqqımız var.Yəni “Dünya suqabarması” çəkildikdən sonra vətənə bağlı olan əcdadlarımızın bir hissəsi öz yurdlarına qayıtmışlar və AZ-ların törəmələri kimi özlərinə OĞAZ/OĞUZ adı verərək tarixdə iz qoymuşlar. Vətənə,yurda bağlılıq bu gün də bizim qanımızdadır.

Türkoloqların tədqiqtlarına əsasən TÜRK/TÜRÜK sözü TİRRİK-DİRRİK olub HƏYAT,YAŞAM mənası daşıyır(bu açıqlamanın doğruluğuna sübut kimi yenə də Nüvədi/Nuhvadi kəndinin sakinlərinin işlətdiyi «Gal al-ala verax, birrik-dirrik eleyax» məsəlini göstərmək olar ki, mənası «gəl əl-ələ verək birlikdə yaşayaq»dır) bu da mənim, Nuhun(ə) gəmisində xilas olanların yeni həyata başlaması fikrilə üst-üstə düşür. Çox güman ki, Naxçıvandan/ Nuhçivandan indiki Türkiyənin Anadolu vilayətinə üztutaraq, məskunlaşan əcdadlarımız daha çox TÜRK adıyla tanınaraq qədim Babilistana qədər yayılmışlar. Fikrimcə bu adlardan biri keçmiş tarixi sular altında qalmış, yalnız toponimlər və daş yazılarda yaşayan əcdadlarımız olan AZ-lar/ƏR AZ-lar/AZ ƏR-lər, digəri isə Nuh(ə)-ın gəmisində xilas olaraq yeni həyatın, yaşamın əsasını qoyan eyni kökə, eyni dilə malik OĞAZ/OĞUZ-lar və Türklərdir. Mən əminəm ki, suqabarması çəkildikdən sonra gəmidə xilas olan əcdadlarımız öz doğma yurdlarına qayıtmışlar. Bəlkə də bu səbəbdəndir ki, bizim insanların əksəriyyəti milli kimliklərinin AZƏRİ olmasına üstünlük verirlər, nəinki TÜRK adlandırılmasına. Həqiqət mübahisə və müzakirələrlə üzə çıxır inkarçılıqla yox. Adlarından asılı olmayaraq AZƏRLƏR və TÜRKLƏR bir atanın övladlarıdırlar . Onları bir-birindən ayırmaq olmaz!

Nəticə:

1. Nüvədi kəndindəki toponimlər və sakinlərinin danışıq ləhcəsi qədim Azərbaycan tarixini və dilini özündə əks etdirirdi (Min təəssüf ki, indi o torpaqlar yağıların əsarətindədir, sakinləri də pərən-pərən düşüb, ləhcə də deqradasiyaya uğrayıb.)

2.Nüvədi dağlarından tapılan daş abidələrdə bizim kimliyimiz açıq surətdə göstərilir.

3.Sonradan tarixdə Türk kimi iz salan böyük toplumun da ilkin vətəninin Azərbaycan olması təsdiqlənir.

4.Peyğəmbərliyin şəcərəlik prinsipilə ötürüldüyünü nəzərə alsaq, Adəm(ə)ın, Nuh(ə)ın və İbrahim(ə)ın bizim soydan olması, dolayısıyla bütün peyğəmbərlərin qanından, Məhəmməd (s) da olmaqda AZƏR-TÜRK qanı axıb.

5.AZ-larla bağlı bu qədər toponim olduğu nəzərə alsaq bizim özümüzün zəngin və qədim tariximizin olması təsdiqini tapır.

6.Dünyadakı bütün xalqların formalaşmasında əcdadlarımızın bu və digər formada rolu vardır.

Yekun nəticə:—İstər elmi, istərsə də dini mənbələrdəki məlumatlar, faktlar Azərbaycanın Adəm övladının beşiyi olmasına gətirib çıxarır.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: