27.07.2024

NƏRİMANOV YEFREMOVA NİYƏ QILINC HƏDİYYƏ ETMİŞDİ?

Əli 20.000 azərbaycanlının qanına bulaşan general mükafatlandırılmışdı

1920-ci il Gəncə üsyanını qan gölündə boğduğuna görə Yefremov 2-ci dəfə “Qırmızı bayraq” ordeni ilə təltif olunur. Bu münasibətlə Nərimanov general Efremova brilyant daş-qaşla bəzədilmiş qılıncı şəxsən hədiyyə edib.

Azərbaycan istiqlalına düşmən kəsilən, AXC-nin qurulmasından sonra iki il (1918-1920) Rusiyada (əsasən, Həştərxanda) yaşayan Nərimanov o dövrdə milli hökumətə nifrətini və qısasçı hisslərini rəsmi şəxslərə yazdığı məktublarda da açıq büruzə verib.

N. Nərimanov milli hökumətin baş naziri Nəsib bəy Yusifbəyliyə ünvanladığı 16 iyul 1919-cu il tarixli məktubunda onu bu sözlərlə hədələyir:
“Siz mənim birinci Qafqaz qurultayında dediyim sözləri istehza ilə qarşıladınızsa da, güman etmirəm ki, mənim sözlərim indi də sizdə təbəssüm oyatsın.


Bütün siyasətiniz üçün Zaqafqaziya müsəlman fəhlə və kəndlilərinin məhkəməsi qarşısında cavab verməli olacaqsınız. Müdhiş saat yaxınlaşır…»/Difai təşkilatı/

P.S. Biz hələ də kommunizm kabusundan xilas olmamışıq. Üstəlik yaxşı kommunist axtarışındayıq.Üstəlik Vətəni rusa-erməniyə peş-kəş çəkən komunistlərdən yaxşılıq axtarırıq…

Похожее изображение
Картинки по запросу XI qızıl ordu
Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: