27.07.2024

Bu dairələrin nəticələri ləğv edilir

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun keçirdiyi mətbuat konfransında əhalinin gözləntilərinin əksinə hərəkət edən və ümidlərə zərbə vuran şəxslərin ciddi cəzalanacağı, o cümlədən sosial şəbəkədə yayılan məlumatların hər birinin dəqiqliklə araşdırılacağı barədə dedikləri böyük rezonans doğurub.

Veteran.az axar.az-a istinadla xəbər verir ki, M.Pənahov bununla bərabər, konkret dairələri də nişan verdi. Onun sözlərinə görə, 33 saylı Xətai birinci, 35 saylı Xətai üçüncü, 60 saylı Salyan-Neftçala, 74 saylı Lənkəran kənd, 79 saylı İmişli, 80 saylı İmişli-Beyləqan və 81 saylı Beyləqan seçki dairələri barədə MSK-ya ciddi müraciətlər daxil olub.

Məxsusi olaraq qeyd edək ki, 33 saylı Xətai birinci seçki dairəsində liderliyi Hüseynbala Mirələmov, 60 saylı Salyan-Neftçala seçki dairəsində Fəzail Ağamalı, 74 saylı Lənkəran kənd seçki dairəsində Hadı Rəcəbli, 79 saylı İmişli seçki dairəsində Murad Fərzəliyev (Ekzit-pollun nəticəsində isə Razi Nurullayev), 80 saylı İmişli-Beyləqan seçki dairəsində Çingiz Qənizadə, 81 saylı Beyləqan seçki dairəsində isə Şahin İsmayılov liderlik edir.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: