22.11.2024

Rusiya “cəhənnəm silahı”nı üzə çıxardı — VİDEO

Rusiya Müdafiə Nazirliyi “cəhənnəm silahı” adlandırılan TOS-1A “Solntsepek” çoxfunksiyalı raket sistemlərinin təlimləri zamanı atış görüntüsünü yayımlayıb.

Teleqraf.com xəbər verir ki, videogörüntüdə ekipajın təlimə hazırlığı və müəyyən edilmiş hədəflərə atışlar yer alıb.

Sistem Sankt-Peteburqda baş tutan təlimdə sınaqdan keçirilib.

“Solntsepek” 2001-ci ildə “T-72” tankının şassisi üzərində modernizasiya edilib. Sistem qabaqcıl pad və avtomatik hədəf aşkaretmə sistemi ilə təchiz edilib. Zirehli texnika, infrastruktur və ya binaların məhv edilməsi üçün nəzərtə tutulub.

Təlimdən videogörüntünü təqdim edirik:

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: