Azərbaycan Ordusuna qarşı edilmiş xəyanətlər Daşaltıdan başlanır
Daşaltı əməliyyatından 28 il keçir. Lakin bu əməliyyat haqqında müəmmalara indiyədək aydınlıq gətirilmir. 1992-ci il yanvarın 26-da Daşaltı əməliyyatında iştirak edən , Azərbaycanın ilk Milli Ordusu (Şıxov taburu), Xüsusi Təyinatlı Dəstənin (Riyad Əhmədov), Şuşa Özünümüdafiə Dəstəsinin bir qismi, bu ordu birləşmələri Daşaltı əməliyyatına qədər bir neçə döyüşlərdə iştirak etmişdilər,(həmin əməliyyatda iştirak edən əsgər və zabitlər Sovet Ordusunda əsgəri xidmət keçmiş, bir çoxu Əfqanıstanda qulluq etmişdir). Daşaltı əməliyyatı haqqında söhbətlər əhali arasında hələ 23 yanvar 1992-ci ildə bazarda danışırdılar ki, ordu 25 yanvarda Daşaltıya hücum edəcəkdir (bir tağımda olduğum Mehtiyev Əlibala ilə) eşitdik və bu haqda tağım komandirimiz Nəriman Zeynalova məlumat verdik.
O, bu məlumatı Müdafiə naziri Tacəddin Mehdiyevə, komandir birqadanı (Zadir Rzayev bu əməliyyatın keçirilməsinə qarşı olduğu üçün əməliyyatdan uzaqlaşdırılmışdır) əvəz edən Nurəddin Abdullayevə bildirsə də, onlar hücümun və əməliyyatın məxfiliyi qorunmadığı halda heç bir tədbit görmədilər, əməliyyat olduğu kimi saxlanıldı. Bakı şəhərində Milli Ordunun məhv edilməsi, Azərbaycan xalqının döyüşmək qabliyyətinin olmadığını, xalqın gözünün qorxudulması məqsədi ilə, heç bir əhəmiyyəti olmayan bir kəndə hücum olundu, hansı ki, bir tağımla həmin kəndi daim nəzarətdə saxlamaq olardı.
Lakin, ordu verilən əmrə tabe olaraq 25-26 yanvar tarixində Daşaltı kəndinə hücum etdi və həmin əməliyyatdan məlumatlı olan düşmənin hazırlıqlı olmasına baxmayaraq , əsgər və zabitlərimiz əsl igidlik səlnaməsi yazdılar, o döyüşlərdə düşmənin 80-dən çox yaraqlısı məhv edildi. Həmin döyüşdə şəhid və itgin düşmüş əsgər və zabit yoldaşlarımızın igidliklə döyüşdüyü haqqında bir neçə faktı qeyd etmək istəyirəm, onlar düşmənlə axrıncı mərmiləri qurtaranadək döyüşmüşlər o cümlədən düşmənə təslim olmamaq üçün özlərini və düşməni qumbara ilə partlatmışlar (Bayramov Kamil, Cəfərov Zaur, Soltanov Kazım…). Mənimlə birlikdə döyüşdə olmuş şəhid olmuş Nuriyev Rafiq, itkin düşmüş Priyev Ehtiram kimi bu gün adlarını qeyd etmədiyim döyüş yoldaşlarım haqqında növbəti yazılarda onların igidliyi haqqında qeyd edəcəyəm.
Sonradan aparılan araşdırmalar zamanı Daşaltı əməliyyatında 34 nəfərin itkin və şəhid olduğu bildirilirdi. lakin çox təssüflər olsun ki, həmin siyahı (tam olmayaraq) aşağıda qeyd ediləndir. Bu illər ərzində bir sevindirici hal yaşandı ki, adı şəhidlər siyahısında olan Hüseynov Ramizin sağ olduğu 2015-ci ildə məlum oldu və o hal hazırda Goranboy rayonunda yaşayır.
1992-ci il yanvarın 26-da “Daşaltı əməliyyatı”nda şəhid olmuş, itkin düşmüş əsgər və zabitlərin siyahısı:
Şıxov Taburu
1.Abbasov Məhərrəm Abbas
2.Abdullayev Azad Yasir
3. Abdullayev Nurəli Hacıbala
4.Abdullayev Ramin Həbib
5. Ağayev Yusif Balasər
6.Ağayev Rafiq Qəzənfər
7.Bayramov Kamil Canbala
8.Bayramov Vaqif Pirəli
9.Bayramov Orxan Rauf
10.Bünyadzadə Ərəstün Mehdi
11.Camalov elman Hüseyn
12.Cavadov Abbas Şəms
13.Cəbrayilov Həmid Yaşar
14.Cəfərov Zaur Firuddin
15.Dremaçon Vladimir Vasiliyeviç
16.Əliyev Bəkir İsa
17.Əliyev Hidayət Məcid
18.Əhmədov İmamqulu Soltan
19.Əlizadə Faiq Əbdülhüseyn
20.Əliyev Ağabala Mirzəbala
21.Əlicanov Baxış Məmməd
22.Əmirov Rəfail Mənsur
23.Fətəliyev Abbas Ağahüseyn
24.Hüseynov Gülverdi Ağahüseyn
25.Həsənquliyev Şirindil Cavad
26.Hacıbabayev Tofiq Arif
27.Həsənov Sədrəddin Qardaşxan
28.Həsənov Sərxan Altay
29.Həsənov Oleq Xasay
30.Xəlilov Rövşən Allahverdi
31.Xudayev Füzuli Cəmil
32.Xudayev Çingiz Elman
33.İbrahimov Cavanşir Zeynal
34.İbadov Şirzad Cavanşir
35.İsmayılov Elxan Nazim
36.İsgəndərov Əliyar Hüseyn
37.Kərimov Elxan Sunbay
38.Qurbanov Nofəl Nəriman
39.Qiyasov İlqar Əsgər
40.Qasımov Sərxan Lətif
41.Qədiməliyev Nizami Gülməmməd
42.Qədirov Taleh Ələkbər
43.Quliyev Məhəmməd Fərrux
44.Qəhrəmanov Qəhrəman Qaçay
45.Malikov Amil Əliheydər
46.Mirzəyev Rizvan Bilal
47.Mustafayev Sabir İslam
48.Mikayılov Baba Babakişi
49.Məmmədov Müşfiq Yusif
50.Məmmədov ilqar İnqlab
51.Məmmədov Mahir Arif
52.Mehdiyev Nazim Əli
53.Nəcəfov Rövşən Hacı
54.Namazov Azər Rəhim
55.Niftalıyev Adil Kamal
56.Nəsirov Arif Əmiraslan
57.Nuriyev Rafiq Əli
58.Nəcəfov Rəhman Hacı
59.Priyev Ehtiram Bayram
60.Rüstəmov Azad Bala
61.Rəsulov Atəş Hacı
62.Sultanov Kazım Hacı
63.Səfərov Rövşən Qiyas
64.Şamilov Sərraf Bakir
65.Tahirov Vaqif Sabir
66.Tahirov Əlövsət Kamran
67.Vəlicanlı Süleyman Məbud
68.Zülalov İsfəndiyar Adil
69.Zeynalov Sahib Əliheydər
Xüsusi Təyinatlı Dəstə:
1.Əhmədov Riyad Fikrət
2.Musayev Vaqif Dursun
3.Şirinov Elcan
4.Qasımov Veysəl Həbib
5.Hüseynov Telman
6.Kudelin Andrey
7.Yusifov Şahin
8.Yarıyev Qənbər
9.Zeynalov Sahib Əliheydər
10.Məmmədov Elmar Vaqif
Şuşa özünümüdafiə dəstəsi
1.Nəsirov Zahid Rafael
2.Abutalıbov Eyvaz Cəmil
3.Ələkbərov Zahid Vəliş
4.Məhərrəmov Nazim Tofiq
5.Rüstəmov Sabir Gəray
6.Səfərov Şahverdi Bəhlul
7.Quliyev Oqtay Gülməmməd
8.Ələkbərov Arzu Bəhram
9.Məmmədov Habil Qabil
10.Həşimov Pərviz Varaşil
Şuşa şəhər İcra Hakimiyyətinin köməkliyi ilə 2019-cu ildə Şəhidlər Xiyabanında, 1992- ci ili yanvarında “Daşaltı əməliyyatı”nda şəhid və itgin düşmüş silahdaşlarımızın adları qeyd edilmiş lövhənin açılışı olmuşdur.
Məni Daşaltıda axtararsız
Deməyin itginəm, mən yox olmuşam,
Düşmənin qəlbinə bir ox olmuşam.
Əvvəl tək idimsə, indi çox olmuşam,
Yaşa bilmərəm ata-anasız,
Məni Daşaltıda axtararsız.
Demə son döyüşüm “Daşaltı” oldu
Demə, bacılarım saçını yoldu,
Demə ki, anamın gözləri doldu
Sevinib şənlənər o düşmən qansız,
Məni Daşaltıda axtararsız.
Ürəklərdə mənim məkanım ancaq,
Mənsiz qızmayacaq nə ev, nə otaq.
Nahaq gəzirsiniz siz məni,nahaq,
Belə boş gəzməyin yorularsınız,
Məni Daşaltıda axtararsız.
Qorxma, vətən daşı Daşaltıdadır,
Sarımayın qollarım Daşaltıdadır.
Nə olsun ki, cismim Daşaltıdadır,
Ruhuma dəyməyin, siz Allah, cansız,
Məni Daşaltıda axtararsız.
Sevgilim, heç kimə açma könlünü,
Saxla bu fəryadı, yanğını, kini.
Gözlə toyumuzu-o, xöşbəxt günü.
Qoy gəlib desinlər gözəl yarsınız,
Məni Daşaltıda axtararsız.
— Daşaltı əməliyyatının 1992-ci ildə hansı səbəbdən keçirmək istəyirdilər?
— Şəxsən mənim bir cavabım var o vaxtkı hakimiyyəti saxlamaq üçün Ordunu məhv etmək.
Daşaltı kəndi hansı əhəmiyyəti daşıyırdı? (Hər bir şəxs ada fikir verdikdə, həmən yeri görmədən öz-özlüyündə həmən məkanın daşın altında yerləşdiyini təsəvür edə bilər).
— Daşaltı əməliyyatı haqqında 23.01.1992-ci il tarixdə Şuşa şəhərinin əhalisi arasında danışılırdısa, hansı səbəbdən əməliyyatda heçbir dəyişiklik edilmədi?
— Oz vəzifələrini qorumaq üçün, Bakı şəhərində hazırlanmış plan həyata keçməli idi (Tacəddin Mehdiyevin rəhbərliyi ilə).
— Milli Ordunun təhcizatı necə idi?
— Əməliyyata cəlb edilmiş bələdçilərin satqın olduğu bildirilirdi?
— Tağımlar arasında rabitə yox idi, bu da planlı bir şəkildə edilmişdi.
— Əgər bələdçilər satqın idilərsə, onları tağımlara təyin edənlərin özləri ilk növbədə düşmənimizin tulaları olmalıydı (Müdafiə naziri Tacəddin Mehdiyev, Nurəddin Abdullayev).
Həmin döyüşdən sağ qalmış döyüşçü deyə bilməz ki, hansısa bələdçi həmin vaxtı ağ bayraq qaldıraraq, «mən bələdçiyəm, məni vurmayın» — deməsi hadisəsinə rast gəldiyini deyə bilməz. Bələdçilərin bir neçəsi elə həmin döyüşdə şəhid olmuş və yaralanmışdır.
Çünki əməliyyat ermənilərə və onların havadarları olan 366-cı Polka əvvəlcədən məlum idi. Qeyd edim ki, Daşaltı Əməliyyatında 366-cı Polkun əsgər və zabitləri, erməni quldurları ilə birgə Milli Orduya qarşı vuruşurdular.
— Döyüşdə peyda olan qara paltarlılar kimlər olub?
— Qeyd edim ki, 26 yanvarda səhər döyüş başladıqdan 1 saat sonra Şuşikənd istiqamətdən meşə ilə gələrək bizi mühasirəyə alanlar ermənilər idi.
— Biz neçə saata qeyd edilən döyüş mövqeyinə çatdıq?
— 25 yanvar 1992-ci ildə saat 10-da Şuşa şəhərindən yola düşdük və 26 yanvar təqribən səhər saat 6 radələrində bizim tağım öz döyüş mövqeyinə çatdı.Həmən vaxtı onu da bildirim ki, olduqca güclü qar yağmışdı və təqribən 50 sm, bəzi yerlərdə qarın hündürlüyü daha çox idi. Təsəvvür edin ki, səhərə qədər yol gələsən və o vəziyyətdə döyüşəsən. (Bildirim ki, Çıdır düzündən bizim tağımın olacağı mövqeyə 30 dəqiqə vaxt lazım imiş). Döyüşdə bizim tağımın mövqeyi daha təhlükəli yerdə olmağına baxmayaraq daha az itgi ilə 3 gün mühasirədə qaldıqdan sonra çıxa bildik.
Bəzi tağımlar öz mövqeylərinə çatmamış təqribən axşam saat 3-4 radələrində pusquya düşmüşlər və tağımın demək olar ki hamısı şəhid və itkin düşmüşlər (Namazov Azərin tağımı, bir nəfər Azər sağ qalmışdır soyadı yadımda deyil).
— Torpaqlarımızı necə almaq olar?
— Yalnız müharibə yolu ilə…
O, günün bizlərə qismət olmasını arzu edirəm! Ali Baş Komandanın Əmrini gözləyirik.
Bu il də hər il olduğu kimi bu ildə yanvarın 26-da saat 10-00-da Şəhidlər Xiyabanında Şəhidlərimizi yad edəcəyik.