Quliyev Rüstəm Rəhman oğlunun mövludu günü qeyd olunub
Vətən müharibəsi şəhidi Quliyev Rüstəm Rəhman oğlunun mövludu günü qeyd olunub. 2020-ci ildə torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına şəhid olan Rüstəm Quliyevin xatirəsi böyük ehtiramla yad edilib.
Bu münasibətlə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Sabunçu rayon şöbəsinin Maştağa özəyinin üzvləri, eləcə də şəhidin ailə üzvləri, yaxınları və qəsəbə sakinləri iştirak ediblər. Tədbir iştirakçıları şəhidin məzarını ziyarət edərək önünə gül-çiçəklər düzüb, ruhuna dualar oxuyublar.
Çıxış edənlər Rüstəm Quliyevin döyüş yolundan, vətənpərvərliyindən və gənclərə nümunə olan həyat yolundan danışıblar. Qeyd olunub ki, o, ölkənin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fədakarlıq göstərərək şəhidlik zirvəsinə ucalıb.
AVMVİB-in Mətbuat xidməti

