Şəhid Abbasov Şamxal Xasay oğlunun Anım Günü keçirildi

Bu gün, 21 oktyabr 2025-ci il, Azərbaycanın Ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canından keçmiş qəhrəman şəhidlərimizdən biri, Şəhid Abbasov Şamxal Xasay oğlunun Anım Günü münasibətilə tədbir keçirilib.
Şəhid Abbasov Şamxal 14 fevral 1995-ci ildə Beyləqan rayonunun Qəhrəman Kəbirli kəndində anadan olub. Gənc yaşlarından vətənə olan dərin sevgisi ilə tanınan Şamxal, XTQ (Xüsusi Təyinatlı Qüvvələr)-də qulluq edərkən 44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşərək, şəhidlik zirvəsinə ucalmışdır. Onun fədakarlığı və qəhrəmanlığı Azərbaycan xalqı üçün əsl nümunədir.
Qarabağ bölgə müxbiri
Elçin Qədirov

