19.09.2024

Təbrik: Ramiz Musayev — 52

Bu gün silahdaşlarımızdan birinin — Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Sabunçu rayon şöbəsinin sədri Musayev Ramiz Rüstəm oğlunun doğum günüdür. Sentyabr ayının 15-i onun 52 yaşı tamam olur. O, 1972 ci ildə Tovuz rayonunun Göyəbaxan kəndində dünyaya gəlmişdir.

Musayev Ramiz Rüstəm oğlu 1991 ci ilin may ayından 1996-cı ilin avqust ayına kimi Azərbaycan Ordusunda xidmət etmişdir. Döyüş tapşırılqarını qüsursuz yerinə yetirən Ramiz Musayev əvvəlcə xüsusi təyinatlı kəşfiyyat bölüyünün baş kəşfiyyatçısı, daha sonra taqım komandirinin müavini vəzifəsinə yüksəlmişdir.

Ramiz Musayev Tovuz. Fizuli, Ağdam istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Azərbaycan Respublikasının Milli Qəhrəman İbad Hüseyinovun döyüş yoldaşı olmuşdur. Dəfələrlə hərbi hissə komandirinin, həmçinin Azərbaycan Respublikası Müdafiə nazirliyinin təşəkkürnaməsi ilə təltif olunmuşdur.

Musayev Ramiz Rüstəm oğlu 2021 ci ilin aprel ayından Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Şabuncu rayon şöbəsinin sədr müavini vəzifəsində çalışmışdır. 2022-ci ilin iyul ayından etibarən AVMVİB Sabuncu rayon şöbəsinin sədri vəzifəsində çalışır.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi, həmçinin yaxınları Musayev Ramiz Rüstəm oğlunu doğum günü münasibəti ilə təbrik edir, ona uzun ömür və cansağlığı arzulayırlar!

AVMVİB Mətbuat xidməti

Whats-App-Image-2024-09-14-at-22-13-59
Whats-App-Image-2024-09-14-at-22-13-59-1
Whats-App-Image-2024-09-14-at-22-13-59-2
Whats-App-Image-2024-09-14-at-22-14-00
Whats-App-Image-2024-09-14-at-22-22-56
Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: