25.10.2025

Yasamal rayonunda şəhidlərin əziz xatirələri dərin ehtiramla yad olunub

Hərbi Memorial Məzarlıqda 44 günlük Vətən müharibəsi şəhidləri əsgər Balakişiyev Xəyal Müseyib oğlunun, əsgər Həsənov Teymur Mahal oğlunun şəhadətlərinin beşinci ildönümü və 5 mart 2023-cü ildə Xankəndi-Xəlfəli-Turşsu yolunda qeyri-qanuni erməni birləşmələrinin Azərbaycan Ordusuna qarşı törətdiyi təxribat nəticəsində şəhid olmuş Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı Əlibəyli Şəhriyar Ramiz oğlunun doğum günü münasibətilə məzarları ziyarət olunub. Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Göydəniz Qəhrəmanov, Yasamal Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Samir İsmiyev, Yasamal rayon bələdiyyəsinin sədr müavini Fuad Mirələmov, YAP Yasamal rayonu təşkilatının, Yasamal Rayon İcra Hakimiyyətinin, Yasamal rayon bələdiyyəsinin əməkdaşları, şəhid ailə üzvləri, qazilər və rayon ictimaiyyəti şəhidlərin məzarlarını ziyarət edib, önünə tər güllər düzüb, ruhlarına dualar oxuyublar. Şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər. Məzar ziyarətlərdən sonra şəhidlərimizin əziz xatirəsi üçün ehsan süfrəsi açılıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Balakişiyev Xəyal Müseyib oğlu şəhadətindən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları, Həsənov Teymur Mahal oğlu şəhadətindən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Qubadlının azad olunması görə” medalları, Əlibəyli Şəhriyar Ramiz oğlu isə sağlığında “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı”, 3-cü dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə” və şəhadətindən sonra isə “Vətən uğrunda” medalları ilə təltif ediliblər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

FOTO: Yavər Məmmədov

87654

Whats-App-Image-2025-10-25-at-17-45-23

Whats-App-Image-2025-10-25-at-17-45-24

Whats-App-Image-2025-10-25-at-17-45-24-1

Whats-App-Image-2025-10-25-at-17-45-25

Whats-App-Image-2025-10-25-at-17-45-25-1

Whats-App-Image-2025-10-25-at-17-45-25-2

Whats-App-Image-2025-10-25-at-17-45-27

Whats-App-Image-2025-10-25-at-17-46-32

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: