18.10.2024

Təbrik: Mübariz Hüseynov — 57

Bu gün silahdaşlarımızdan birinin — Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Neftçala rayon şöbəsinin sədri Hüseynov Mübariz Eldar oğlunun doğum günüdür. Oktyabr ayının 15-də onun 57 yaşı tamam olur.

Mübariz Hüseynov 1967-ci il Gəncə şəhərində Dəmiryolçular qəsəbəsində anadan olmuşdur. Gəncə şəhəri dəmiryolçular qəsəbədəki 40 saylı orta məktəbdə oxumu və həmin məktəbdə də müəllim işləmişdir.

1990-cı ildən Gəncə özünü müdafiə dəstəsi və 1992-ci ildən könüllü olaraq cəbhəyə getmişdir. N saylı hərbi hissənin Kəşfiyyat Bölüyünün Təlim tərbiyə işləri üzrə komandir müavini olmuşdur. Murov dağından başlayaraq Araz çayının sahilinə “Arazbarıya” qədər döyüş yolu keçmişdir. Ən çox döyüşlərdə iştirak etdiyi yer Beyləqan zonasında (Haramı düzü) olub.

1993-cü ilin dekabr ayının 16 da Beyləqan istiqamətində gedən döyüşlərdə yaralanaraq qapalı ağır qapalı kəllə beyin travması (kontuziya) almışdır. Hospitalda müalicə aldıqdan sonra, yenidən cəbhə bölgəsinə qayıtmışdır.

1996-1998-ci illər arası qardaş Türkiyə Cümhuriyyətində Vətən Müharibəsi Qəhrəmanı, general-leytenant Hikmət Mirzəyev və digər hərbçilərimizlə birlikdə hərbi təhsilini artırmışdır. 2000 ci ildən Neftçala Bankə qəsəbəsindəki daimi yaşayış yerində 8 il qarnizon komadiri və 2008-ci ildə 1993-cü ildə aldığı kontuziya səbəbilə xəstəliyim şiddətlənmiş və bu səbəbdən də xəstəliklə təqaüdə çıxmalı olmuşdur.
Ailəlidir. Üç övladı var.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi Hüseynov Mübariz Eldar oğlunu doğum günü münasibəti ilə təbrik edir, ona uzun ömür və cansağlığı arzulayır.

AVMVİB Mətbuat xidməti

874567

87567

9876

9876545

i65678

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: